Blog və xəbərlər

Şirkətimiz həmişə müştərilərin seçiminə əsaslanır, buna görə də biz müştərilərimizin rahatlığı üçün əlimizdən gələni edirik.

Koronovirus özündən əvvəlki SARS və MERS viruslarından nə ilə fərqlənir?

London Gigiyena və Tropik Təbabət Məktəbinin Direktoru Piter Piotun sözlərinə görə SARS-CoV-2-nin bir neçə əhəmiyyətli fərqləri vardır.
İlk öncə qeyd edilməlidir ki, bu virusa yoluxduqdan sonra bir neçə gün ərzində yoluxmuş insanda xəstəliyin hər hansı bir simptomları müşahidə edilmir, lakin həmin insan digər şəxsləri yoluxdura bilər.
Bu xüsusilə xoşagəlməz bir xüsusiyyətdir, belə ki, bu cəhət virusun izolyasıyasını əhəmiyyətli dərəcədə çətinləşdirir. SARS-a gəldikdə isə vəziyyət tamam fərqlidir: simptomlar dərhal müşahidə edilir, xəstə isə ətrafdakılar üçün yalnız bir neçə gündən sonra təhlükə mənbəyinə çevrilir.
İkinci, 80%-ə qədər xəstə adi sətəlcəm və qrip şəklində yüngül narahatçılıq hiss edir, hər beş nəfərdən biri (18%) isə demək olar ki, hər hansı bir simptom nümayiş etdirmir, lakin bu halda da özü də bilmədən yoluxdurma mənbəyi olaraq qalır.
Üçüncü, xəstəliyin başlanğıc mərhələlərində virus məhz qırtlaqda aktiv olaraq artır, buna görə də öskürək zamanı virusun milyonlarla hissəciyi ətrafa yayılır. Xəstə isə ilkin mərhələlərdə öskürməyə başlayır-digər simptomlar isə daha sonralar meydana çıxır (və ya heç müşahidə edilmir).
Xəstəliyin hansı simptomları var?
İlkin simptomlar KRVİ (kəskin respirator virus infeksiyası) və ya qrip kimi digər adi qış infeksiyaları ilə səhv salına bilər. Yüngül formada COVID-19 qripə və ya digər istənilən KRVİ-yə bənzəyir, buna görə də bir çoxları heç şübhələnmirlər ki, onlar məhz bu yeni virusun daşıyıcılarına çevriliblər.
Ən çox yayılan simptomlar-öskürək, hərarət və ümumi zəiflik. Xəstələr nadir hallarda baş ağrılarından və əzələ ağrılarından şikayətlənirlər.
Koronovirus ağ ciyərlərə nüfuz edir. Xəstəliyin simptomları yüksək hərarətdən başlayır, bundan sonra quru öskürək qeyd edilir, quru öskürək tənəffüsün çətinləşməsinə gətirib çıxara bilər. Öskürək şiddətli ola bilər və bir neçə saat və ya bundan da çox müddətə davam edə bilər. Sutka ərzində üç və ya daha çox tutmalar ola bilər. Bundan başqa əgər xəstə daha əvvəl də öskürürdüsə, növbəti dəfə o, daha güclü öskürəcək.
COVID-19-un unikal simptomu var: yoluxmuş bir çox xəstə müvəqqəti olaraq qoxuları, bəzən isə dadları duya bilmir. Görünür ki, koronovirus nəinki tənəffüs yollarını, hətta sinir sistemini də zədələyə bilir-lakin bu mexanizm axıra qədər öyrənilməmişdir. Mütəxəssislər birmənalı rəylərini ifadə etməyə tələsmirlər, onlar qeyd edirlər ki, adi qrip və ya sətəlcəm hallarında da bəzən xəstələr müvəqqəti olaraq dad və qoxu bilmə hisslərini itirə bilirlər. Qoxu bilmə hissi bütün xəstələrdə itmir, bu simptom yeganə simptom ola bilər və ya bütün simptomlardan əvvəl meydana gələ bilər-beləliklə bu simptomun müşahidə edilməsi narahatçılığa səbəb olmalıdır.
Alimlərin müşahidələrinə görə orta hesabla simptomlar yoluxmadan beş gün sonra meydana gəlir, lakin bəzi xəstələrdə bu müddət daha çox ola bilər.
ÜST inkubasiya dövrünün 14 günə qədər davam edə biləcəyini bəyan edir, lakin bəzi həkimlər qeyd edilər ki, inkubasiya dövrü 24 günə qədər də davam edə bilər.
Koronovirus simptomlarının aktiv müşahidə edildiyi xəstələr daha çox yoluxdurma mənbəyidirlər, lakin, belə bir ehtimal var ki, hətta simptomların müşahidə edilmədiyi bir xəstə də digər sağlam şəxsi yoluxdura bilər, yəni bu yoluxma inkubasiya dövründə də baş verə bilər.


Koronovirusdan necə qorunmalı?
Ən yaxşı yol-əlləri sabunla mütəmadi və diqqətli şəkildə yumaqdır.
Virus hava -damcı yolu ilə yayılır. Xəstə insan öskürdükdə və viruslu mikroskopik bəlğəm hissəcikləri havaya yayıldıqda koronovirus yayılır. Virus tənəffüs yolları vasitəsilə sağlam insanın orqanizminə daxil olur, yaxud sağlam insan viruslu bəlğəmin olduğu səthlərə toxunduqda, sonradan isə həmin əlləri ilə üzünə-burnuna, gözünə və ağzına toxunduqda yoluxma baş verə bilər.
Virusa yoluxmamaq və onu yaymamaq üçün nə etmək lazımdır?

QAYDA 1.Əllərinizi tez-tez sabunla yuyun və dezinfeksiya gelindən istifadə edin.
Ən doğru üsul-əllərin sabunla mütəmadi və diqqətlə yuyulmasıdır. Koronovirus daxil olmaqla əllərin diqqətlə yuyuulması istənilən infeksiyadan yoluxma riskini aşağı salır.
Əllərin gigiyenası-bu qripin və koronovirus infeksiyasının qarşısının alınması üçün ən vacib profilaktika üsuludur. Əllərinizi mütəmadi yuyun və onları tərkibində spirt olan vasitələrlə -antiseptiklə silin. Əllərinizi ən azı 20 saniyə yuyun. Əgər virus sizin əllərinizin üzərindədirsə bu yolla siz virusu aradan qaldıra bilərsiz. Ümumiyyətlə bunu dörd halda etməlisiniz: 1) siz küçədən evə və ya işə gəldikdə 2) ayaqyoluna getdikdən sonra 3) qida qəbul etməzdən əvvəl 4) əlləriniz çirkləndikdə. Yalnız tərkibində minimum 60% spirt olan antiseptiklərdən istifadə edin. Tərkibində bundan aşağı həcmdə spirt olan digər antiseptiklər effektiv deyil.
Əllərimizi necə düzgün yuyyaq: Əllərinizi sabunla yuyun. Sabunu ovucunuza, eyni zamanda barmaqlarınıza yuxarıdan aşağıya doğru sürtün. Hər iki ovucunuzu biri-birinə sıxın və əllərinizi dairəvi hərəkət etdirin. Böyük barmaqrlarınızı dairəvi hərəkətlərlə biri-birinə sürtün. Ovucunuzun daxili səthlərini biri-birinə sürtün. Bundan sonra sabunu yuyun. Əllərinizi kağız dəsmalla qurulayın.
Tez-tez evinizi nəm əskilərlə təmizləyin: məişət üçün nəzərdə tutulmuş yuyucu vasitələrdən istifadə etməklə səthləri təmizləyin və dezinfeksiya edin. Səthlərin (masalar, qapı dəstəkləri, stullar, hadcetlər v.s.) mütəmadi yuyulması və dezinfeksiyası virusları məhv edir.


QAYDA 2.Əllə görüşməyin və öpüşməyin.
Əllə görüşməmək tövsiyə edilir. Mütəxəssislərin fikrincə əllə görüşməkdən imtina etmək və onu digər daha təhlükəsiz salamlaşma üsulları ilə əvəz etmək koronovirus və digər virusların yayılma sürətini azalda bilər. Həqiqətən əllə görüşmək müxtəlif xəstəliklərin törədicilərinin ötürülməsinə və bu yolla onların yayılmasına səbəb olur. Koronovirusdan başqa əllə görüşdən sonra qripə, bağırsaq infeksiyasına, "Hepatit A" və.s. viruslara yoluxmaq mümkündür.
Fiziki xarakterli digər sosial təmasların məhdudlaşdırılması və ənənəvi görüşmə formalı öpüşmələrdən imtina etmək tövsiyə olunur. Bundan başqa, özümüz də bilmədən biz daima üzümüzə toxunuruq-ağız boşluğu, burnun selikli qişası və gözlər vasitəsilə virus bizim bədənimizə daxil olur.

QAYDA 3.Respirator gigiyena qaydalarına əməl edin
Öskürən və ya asqıran zaman ağzınızı və burnunuzu birdəfəlik istifadə üçün nəzərdə tutulmuş salfetlərlə örtün, əgər salfet yoxdursa, paltarınızın qolunu tutaraq öskürün və ya asqırın. Salfetdən istifadə etdikdən sonra onu dərhal qapaqlı zibil qutusuna atın, əllərinizi sabunla və su ilə yuyun və ya əllərinizi tərkibində spirt olan antiseptiklərlə silin.
Öskürən və asqıran zaman ağız və burnun örtülməsi virusların və digər xəstəlik törədici mikroorqanizmlərin yayılmasının qarşısını alır. Öskürən və ya asqıran zaman burnunuzu və ağzınızı əllərinizlə örtməsəniz mikroblar sizin əllərinizə və ordan da əşyaların səthinə və ya toxunduğunuz insanların üzərinə düşə bilər.

QAYDA 4.İctimai yerlərdə ara məsafəni qoruyun
Digər insanlardan minimum 3 metrə məsafədə dayanın, onlar öskürdükdə, soyuqdəyməli və ya yüksək hərarətli olduqda bu qaydaya xüsusi olaraq riayət edin. Öskürən və ya asqıran insanlarla yaxın təmasda olmayın.
Yoluxmuş insanlarla yaxın təmasda olmayın. Virus xəstə insandan sağlam insana hava-damcı yolu ilə keçir (asqıran, öskürən zaman). COVID-19- kimi respirator xəstəlikdən əziyyət çəkən insan öskürən və ya asqıran zaman tərkibində virus olan kiçik damcıları öz ətrafında yayır. Əgər siz bu xəstənin yaxınlığında olsaz nəfəs alarkən virusa yoluxa bilərsiniz.

QAYDA 5.Mümkün qədər çirkli əllərlə gözlərinizə, burnunuza və ağzınıza toxunmayın
Qrip və koronovirus həmçinin təmas yolu ilə də yayılır. Çirkli əllərlə gözlərinizə, burnunuza və ağzınıza toxunmayın. Əlləriniz virusun ola biləcəyi bir çox səthlərlə təmasda olur. Üzərində virus olan əllərinizlə gözlərinizə, burnunuza və ağzınıza toxunduqda virus əllərinizin dərisindən orqanizmə daxil ola bilər.

QAYDA 6.Tibbi maska vasitəsilə tənəffüs orqanlarınızı qoruyun
Tənəffüs orqanlarının qorunması üçün tibbi maskalar aşağıdakı hallarda istifadə edilir:
-insanların kütləvi toplandığı yerlərə getdikdə, kəskin respirator virus infeksiyaları nəticəsində xəstəliklərin artımı dövründə ictimai nəqliyyat vasitələri ilə hərəkət etdikdə;
-kəskin respirator virus infeksiyalarından əziyyət çəkən xəstələrə qulluq zamanı;
- kəskin respirator virus infeksiyalarının əlamətləri müşahidə edilən şəxslərlə ünsiyyət zamanı;
-hava damcı yolu ilə yayılan digər infeksiyalarla yoluxma riskləri olduqda;
Açıq havada maskadan istifadə etmək məqsədəuyğun deyil. Küçədə olan zaman daha yaxşı olar ki, təmiz hava ilə nəfəs alasız və maskadan istifadə etməyəsiniz.
Maskalar müxtəlif quruluşa malik ola bilərlər. Onlar birdəfəlik istifadə üçün nəzərdə tutula bilər və ya onlardan bir neçə dəfə istifadə etmək olar. Elə maskalar var ki, onlardan 2, 4, 6 saat istifadə etmək olar. Lakin, eyni maskadan uzun müddət istifadə etmək olmaz, əgər belə etsəz, nəticədə siz özünüzü iki dəfə yoluxdura bilərsiniz. Tibbi maskanın hansı tərəf üzrə istifadə edilməsi prinsipial əhəmiyyət daşımır.
Özünüzü virusdan qorumaq üçün maskadan düzgün istifadə etmək lazımdır. Maskanı elə geyməli və elə çıxarmalısız ki, yoluxma riskini artırmayasınız. Düzgün istifadə edilməyən maskalar yoluxma riskini artırır. Maskadan düzgün istifadə etməyən şəxsin virusa yoluxma riski ondan ümumiyyətlə istifadə etməyən şəxslə müqayisədə daha yüksəkdir.
-hər hansı bir aralıq qalmadan maska burnu və ağızı tam şəkildə bağlamalıdır;
-maskanı çıxaran zaman onun səthinə toxunmamağa çalışın, əgər siz maskanın səthinə toxundunuzsa, əllərinizi sabunla diqqətlə yuyun və ya onları spirtlə təmizləyin;
-nəm və ya artıq qurumuş maska yeni və qurusu ilə dəyişdirilməlidir;
-bir dəfəlik istifadə üçün nəzərdə tutulmuş maskadan təkrar istifadə etməyin.


Xəstəyə qulluq edən zaman onunla təması tamamladıqdan sonra maska dərhal çıxarılmalıdır. Maska çıxarıldıqdan sonra əllər dərhal və diqqətlə yuyulmalıdır.

QAYDA 7.Sağlam həyat tərzi ilə yaşayın
Sağlam həyat tərzi orqanizmin virusa qarşı müqavimətini artırır. Tam yuxu, zülal, vitamin və mineral maddələrlə zəngin qida məhsullarından istifadə etməklə, fiziki aktivliklə məşqul olmaqla sağlam həyat tərzi rejiminə riayət edin.
Niyə görə hamının evdə qalmasına çağırış edilir?
Hətta sizdə simptomlar müşahidə edilməsə belə siz aktiv virus daşıyıcısı ola və həftədə 2-3 şəxsi yoluxdura bilərsiniz. Onlardan hər biri öz növbəsində daha 2-3 şəxsi yoluxdura bilərlər. Virus bu yolla yayılmaqda davam edəcəkdir. Əgər siz evdə qalsaz (qonaq getməmək, evdən işləmək, mağazaya getməmək, qohumlara baş çəkməmək), yoluxma halları nə qədər az baş versə, həkimlər virusla daha asanlıqla mübarizə aparacaqlar.
Xəstəxanalarda xəstə çox olduqda, koronovirusdan və digər xəstəliklərdən ölüm halları daha çox olacaqdır, belə ki, avadanlıq, işçi heyəti və dərman vasitələri çatışmayacaqdır.
Yalnız xüsusi zərurət yarandıqda siz mənzili və bağ evini tərk edə bilərsiniz. Əgər dostlar sizə görüşmək təklifi etsə, siz onlara "xeyr" cavabı verməlisiniz. Eyni zamanda ÜST tövsiyə edir: İzolyasiya koronovirusun yayılması surətini aşağı salır.
Yoluxma halında nə etməli?
Çoxsaylı tədqiqat və modellərə müvafiq olaraq virusla ən effektiv mübarizə vasitəsi karantindir, bu yolla siz ətrafdakıları yoluxdurmayacaqsınız. COVID-19 (ilkin simptom-öskürək, bundan sonra hərarətin yüksəlməsi)-a ilkin şübhə yarandıqda öz ailə üzvlərinizlə birlikdə özünüzü təcrid edin və mümkün qədər tam sağalana qədər evdən çıxmayın.
Mümkün qədər tez tibbi yardım üçün müraciət edin, belə ki, respirator xəstəlik və digər ciddi xəstəliklər yarana bilər.
Həkim təyinatı olmadan hər hansı bir spesifik dərman vasitəsini qəbul etməyin. İlk növbədə, bu antibiotiklərlə bağlıdır-virusla mübarizə üçün onlar effektiv deyil. Mümkün qədər çox maye qəbul edin.
İstənilən şəxsi ünsiyyət zamanı qorunmaq üçün cərrahi maskadan istifadə edin. Profilaktika baxımından onun elə də çox faydası yoxdur, lakin maska ağız suyu damcıları qarşısında maneə yaradaraq ətrafda olan insanları xəstənin özündən qoruyur.
Əsas odur ki, panikaya düşmək lazım deyil və unutmayın ki, əgər siz bütün zəruri profilaktik tədbirləri həyata keçirsəz belə ola bilər ki, gec və tez yoluxasınz.
Bununla yanaşı, istisna edilmir ki, siz artıq bu xəstəliyi keçirmisiniz-sizdə hərarətsiz yüngül öskürək olub və ya ümumiyyətlə "qorxulu virusun" hər hansı bir simptomu müşahidə edilməmişdir.
Koronovirus zamanı özünü necə təcrid etməli?
Praktiki göstəriş
Koronovirus pandemiyası dövriyyəyə yeni sözlərin daxil olmasına səbəb olmuşdur. Onlardan biri -özünü təcrid etmədir: evdə karantin. Özünü təcrid etmə dedikdə sizin ətraf mühitdən izolyasiyanız başa düşülür. Sizdə evə oturmalı, işə, təhsil müəssisələrinə və digər ictimai yerlərə getməməli, ictimai nəqliyyatdan və taksidən istifadə etməməlisiniz.

Sağlam düşüncəyə əsasən açılan pəncərəli, yaxşı havalandırma imkanı olan otaqda olmalı və evin digər sakinləri ilə sıx təmasda olmamalısınız.
Ərzaq, ilkin zərurət vasitələrinin və dərman vasitələrinin alınmasına zərurət olduqda yardım üçün müraciət edin. Alınmış məhsulların dostlarınız və kuryer tərəfindən qapı qarşısında qoyulması arzuolunandır.
Bununla yanaşı, əlbəttə ki, siz qonaq qəbul etməməlisiniz.

Özünü təcrid etmək lazımdırmı?
Qripə bənzər simptomları (Selsi üzrə 37.8 dərəcədən yuxarı hərarəti olan və (və ya) tez-tez öskürən şəxs) olan bütün şəxslərin ən azı səkkiz gün evdən çıxmamaları şiddətlə tövsiyə olunur.
Koronovirusun geniş yayıldığı ölkədən gələn və ya infeksiyanın olduğu müəyyən edilmiş şəxslə yaxın təmasda olan insanlar 14 gün müddətində özlərini təcrid etməlidirlər, bu hakimiyyət orqanları və tibb işçiləri tərəfindən tövsiyə olunur.
Yüksək riskə səbəb olan yaxın təmas dedikdə şəxslə iki metrdən az məsafədə 15 dəqiqə və ondan artıq müddətə bir yerdə dayanmaq başa düşülür.
Bir çox hallarda ayaqda keçirilən yüngül soyuqdəyməsi olan şəxslər mümkün qədər evdə oturmalıdırlar, hər hansı bir səbəb olmadan öz zəngləri ilə həkimləri narahat etməməlidirlər.
COVID-19-un simptomlarına yüksək hərarət, öskürək və tənəffüs çətinliyi aid edilir. Adətən bu simptomlar yoluxmadan beş gün sonra meydana gəlir.
Qohumlarla və qonşularla birgə yaşamaq qaydaları necə olmalıdır?
Əgər siz başqa bir şəxslə bərabər eyni mətbəxdən istifadə edirsinizsə, yeməyi tək başına hazırlamağa çalışın, hazır yeməyi öz otağınıza aparın və evdə olan səthləri tez-tez yuyucu vasitələrlə silin.
Bir yerdə yaşadığınız insanlardan özünüzü tam təcrid etmək bir çox hallarda mümkün olmayacaqdır, lakin fiziki təmasların minimum həddə endirilməsinə çalışmaq lazımdır. Danışan zaman üç metrlik məsafə qaydasına riayət etməyə çalışın. Tək yatın.

Xüsusilə uşaqları risk qrupundan qoruyun.
Əgər sizinlə birlikdə yaşayan şəxslərdən biri özünü təcrid etmə qaydalarına riayət etmirsə, əllərinizi 20 saniyədən az olmayan müddətə tez-tez yuyun. Küçədən gəlmiş insanla hər təmasdan sonra bunu edin. Əllərin düzgün şəkildə yuyulması koronovirus daxil olmaqla sizin istənilən infeksiyaya yoluxmanızın qarşısını alır.
Siz ümumi dəsmallardan, salfetlərdən və digər məişət əşyalarından istifadə etməməlisiniz. Özünü təcrid edən şəxs yaxşı olar ki, ayrıca hamamdan istifadə etsin. Əgər hamam ümumi istifadə üçün nəzərdə tutulmuşdursa, əgər buna sağlamlıq vəziyyəti imkan verirsə o, özünün istifadəsindən sonra hamamı diqqətlə yumalıdır.
Tullantıları iki selofan kisəyə doldurun və analizin nəticələri gələnə qədər onları saxlayın. Əgər koronovirus şübhəsi təsdiqlənərsə, bu tullantıların kənarlaşdırılması haqqında sizə məlumat veriləcəkdir.

Hansı mümkün ağırlaşmalar ola bilər?
Ağırlaşmalar arasında daha qabarıq olan virus pnevmoniyasıdır. Viruslu pnevmoniyası zamanı sağlamlıq vəziyyətinin pisləşməsi yüksək templə gedir və bir çox xəstədə artıq 24 saat ərzində tənəffüs çatışmazlığı müşahidə edilir, bu vəziyyətdə dərhal ağ ciyərlərin mexaniki havalandırılması şəklində respirator dəstək tələb olunur. Erkən başlanmış müalicə xəstəliyin ağırlaşmasının qarşısını alır.
Ailə üzvlərindən biri qripə-koronovirus infeksiyasına yoluxduqda nə etməli?
-həkim çağırın;
-xəstə üçün evdə ayrıca otaq ayırın. Mümkün olduqca, xəstə ilə ən azı 1 metr məsafə saxlayın;
-xəstə ilə ailə üzvləriniz arasında təması minimuma endirin, xüsusilə uşaqlar, yaşlı insanlar və xroniki xəstəlikdən əziyyət çəkən şəxslər arasında təması minimuma endirin;
-otağı tez-tez havalandırın;
-təmizliyə riayət edin, səthləri məişət üçün nəzərdə tutulmuş yuyucu vasitələrlə tez-tez yuyun və dezinfeksiya edin;
-əllərinizi tez-tez sabunla yuyun;
-xəstəyə qulluq zamanı ağız və burnunuzu maska və ya digər qoruyucu vasitələrlə (dəsmal, şərf v.s.) örtün;
-xəstəyə qulluğu ailə üzvlərindən yalnız biri həyata keçirməlidir.

Əslində virus nə qədər təhlükəlidir?
İstənilən xəstəliyin təhlükəliliyini müəyyən edən iki əsas faktor -onun yoluxdurma dərəcəsi (yayılma surəti və yoluxmanın asanlığı) və letallığıdır (ölüm halları).
Ölüm dərəcəsi
Müxtəlif tədqiqatlara əsasən yeni koronovirusun letallıq dərəcəsi xəstə insanlar arasında 1,5% səviyyəsindədir. Adi mövsümi qriplə müqayisədə bu təxminən 20 dəfə çoxdur, lakin bu göstərici SARS (10%) və MERS (35%)-ə çatmır.
Zəif immunitetli və xroniki xəstəlikdən əziyyət çəkən ahıl şəxslər üçün virus xüsusilə təhlükəlidir. 70 yaşından yuxarı şəxslərin qrupu üçün COVID-19-un letallıq dərəcəsi 5%-i keçir, 80 yaşdan sonra orta hesabla virusa yoluxmuş on nəfərdən biri vəfat edir.

Niyə görə bəzi yerlərdə bu xəstəlikdən ölənlər çoxdur, digər yerlərdə isə az?
Epidemiya müxtəlif ölkələrdə müxtəlif şəkildə yayılır, buna çoxsaylı faktorlar təsir edir. Harada isə əhalinin orta yaşı və cəmiyyətdə qəbul edilmiş mədəni və gigiyenik normalar rol oynayır, digər yerlərdə isə səhiyyə sisteminin ümumi vəziyyəti, hakimiyyət orqanlarına vaxtında tədbir görmək imkanı verən daha əvvəl keçirilmiş epidemiyalar v.s. rol oynayır.
Ən çox ölən sayı İtaliyada qeyd edilmişdir, orada COVID-19 demək olar ki, iki aylıq ləngimə ilə müəyyən edilmişdir. Nəticədə demək olar ki, bir neçə həftə ərzində xəstələrin sayı on minə qədər artmış və İtaliyanın səhiyyə sistemi pik yüklənməyə dözməmişdir. Bundan başqa, İtaliyada ahıl insanların sayı çoxdur, ahıl yaşlarda isə xəstəlik əhəmiyyətli dərəcədə ağır keçir.

Uşaqlar və cavanlar üçün virusun təhlükəli olmadığı həqiqətdirmi?
Xeyr, bu belə deyil-ancaq ahıl şəxslərlə müqayisədə 50 yaşından cavan şəxslər xəstəliyi həqiqətən yüngül keçirir. Lakin bu o, demək deyil ki, virus onların sağlamlığı və həyatı üçün təhlükəli deyil. COVID-19-un qurbanları arasında uşaqlar, yeniyetmələr və cavan insanlar da var-onlarda əvvəlcədən müəyyən edilmiş müşayiətedici xəstəliklər olmamışdır.
Bundan başqa, hətta xəstəlik yüngül gedişatlı olsa belə-simptomlar heç olmadıqda və ya demək olar ki, olmadıqda-yoluxmuş şəxs hər bir halda virusun yayılma mənbəyi olacaq və ətrafdakı şəxslər üçün təhlükəlidir.

Virus əleyhinə spesifik terapiya varmıdır?
Qısa cavab-hələ ki yoxdur. Yoluxmuş şəxslər yalnız simptomatik müalicə edilir, başqa sözlə desək xəstəliyin özü ilə deyil, onun əlamətləri ilə mübarizə aparılır. Eyni zamanda alimlər bir neçə virus əleyhinə mövcud olan preparatları sınaqdan keçirirlər, bu yolla onların COVID-19 əleyhinə effektiv olub-olmaması müəyyən edilir. Lakin hələ lazımi nəticələr ancaq sınaq şüşəsində əldə edilmişdir-heyvanlar üzərində sınaqlar minimum uğur qazanmışdır. Bununla yanaşı həkimlər qeyd edirlər ki, bu panikanın yaranmasına əsas vermir. Xəstələrin çoxunun (80%) ümumiyyətlə həkim yardımına ehtiyacı yoxdur. Onlar evdə qrip əleyhinə nəzərdə tutulmuş vasitələrlə müalicə edilirlər və sağalırlar, adətən, bir həftə və ya bundan artıq müddət ərzində xəstəliyə qalib gəlmək mümkündür.
"Lancet" tibbi jurnalında bu yaxınlarda nəşr edilmiş tədqiqat nəticəsində hesablanmışdır ki, orta hesabla COVID-19 demək olar ki, üç həftə yarım davam edir, lakin bu yalnız xəstənin hospitalizasiya edilməli olduğu xüsusilə ağır hallara aid edilir. Lakin hospitalizasiyaya xəstələnmiş hər bir beş və ya altı xəstənin birinin ehtiyacı yaranır-xüsusilə hospitalizasiyaya ahıl insanlar və ya xroniki xəstəlikdən əziyyət çəkən şəxslər ehtiyac duyur. Xəstəlik viruslu pnevmoniyaya çevrildikdə və tənəffüslə əlaqədar çətinliklər yarandıqda xəstə reanimasiya şöbəsinə köçürülür. Belə diaqnoz qoyulmuş xəstələrin təxminən 4%-i reanimasiya şöbəsinə köçürülür.

Vaksin nə zaman işlənib-hazırlanacaq?
Vaksinin ilkin kliniki sınaqları artıq başlanmışdır (müxtəlif ölkələrdə eyni anda bir neçə variant sınaqdan keçirilir), hətta ən yaxşı ssenaridə belə işlək vaksinin kütləvi istehsalına 2021-ci ildən tez başlanmayacaqdır, artıq o, tarixdə virusa yoluxa biləcək şəxslərin əhəmiyyətli qismi çox ehtimal ki, artıq xəstəliyi keçirəcək və ondan sağalacaqlar. Bundan başqa, bir çox ekspertlərin optimist olmasına baxmayaraq elə bir zəmanət yoxdur ki, prinsip etibarilə ümumiyyətlə vaksinin yaranmasına nail olunacaqdır. Məsələn QİÇS əleyhinə vaksinin axtarışı artıq 35 ildir ki, davam edir-hələ də hər hansı bir nəticə əldə edilməmişdir. Lakin, bu müddət ərzində xəstəliyin effektiv profilaktikası üçün artıq bir neçə preparat hazırlanmışdır.
Ofis
İşdə toxunduğunuz avadanlıqların (kompüterin klaviaturası, ümumi istifadə üçün nəzərdə tutulmuş orqtexnika, smartfonun ekranı, pultlar, qapı dəstəkləri və məhəccərləri) səthlərini mütəmadi olaraq təmizləyin.
Qidalanma
Çiy və heyvan mənşəli, lazımi şəkildə termik işlənmədən keçməmiş məhsullardan istifadə etməyin. Qida məhsullarının təhlükəsizlik qaydalarına müvafiq olaraq termik işlənmədən keçməmiş qida məhsulları ilə çarpaz çirklənmənin qarşısının alınması üçün çiy ət, süd və ya heyvanın daxili orqanları ilə işləyən zaman xüsusilə diqqətli olmaq lazımdır. Korlanmış qida ilə təmasda olmayın. Qidanı (qoz, fındıq, çips, peçenye və ya digər qəlyanaltılar) ümumi qablaşdırma və ya qabdam götürüb yeməyin və ya qidanı digər şəxslərin barmaqlarını soxduqları qablaşdırmadan və ya qabdan götürüb yeməyin.
Heyvanlarla və heyvan mənşəli məhsullarla təmas
Ümumi təhlükəsizlik qaydalarına müvafiq olaraq heyvanların, ət, quş əti və ya heyvan mənşəli digər məhsulların satıldığı ərzaq bazarlarına getdiyiniz zaman adi gigiyena qaydalarına riayət edin. Heyvanlarla və ya heyvan mənşəli məhsullarla təmasda olduqdan sonra əllərinizi mütləq qaydada təmiz su və sabunla yuyun. Əllərinizlə gözlərinizə, burnunuza və ya ağzınıza toxunmayın. Xəstə və/və ya sahibsiz heyvanlarla təmasda olmayın və heyvan mənşəli korlanmış məhsullara toxunmayın. Bazar ərazisində digər heyvanlarla (sahibsiz pişik və itlər, gəmiricilər, quşlar və yarasalar) təmasda olmayın. Mağazalarda və ya bazar pavilyonlarında döşəmədə və ya digər səthlərdə heyvan mənşəli potensial yoluxmuş tullantı və mayelərlə təmasda olmayın.

Sarımsaq və antibiotiklər
Belə bir məlumat yayılmışdır ki, sarımsaq yeni koronovirusla yoluxmanın qarşısını alır. ÜST-nın ekspertləri qeyd edilər ki, sarımsaq müəyyən mikrob əleyhinə xüsusiyyətlərə malikdir, lakin cari pandemiya dövründə koronovirusa yoluxma əleyhinə profilaktik vasitə kimi onun effektivliyinin təsdiq edilməsi barədə hər hansı bir məlumat əldə edilməmişdir.
Bu antibiotiklərə də aid edilir: antibiotiklər yalnız bakterial infeksiyalar əleyhinə effektivdir. Yeni koronovirus (2019-nCoV)-virusdur və buna görə də koronovirus infeksiyasının profilaktikası və müalicəsi üçün antibiotiklərdən istifadə edilməməlidir.

Burnun duzlu su ilə mütəmadi yuyulması yeni koronovirusla yoluxmanın qarşısını ala bilərmi?
Xeyr. Burnun duzlu su ilə mütəmadi yuyulmasının yeni koronovirusla yoluxmanın qarşısını ala biləcəyi haqqında elmi məlumatlar yoxdur. Bəzi məlumatlara əsasən adi soyuqdəymə zamanı burnun duzlu su ilə mütəmadi yuyulması sağalmanı surətləndirə bilər. Lakin, respirator infeksiyalara qarşı profilaktik vasitə kimi burnun duzlu su ilə mütəmadi yuyulmasının effektivliyi barədə hər hansı bir sübut yoxdur.

Boğazın qarqara edilməsi koronovirusdan qorumur
Sosial şəbəkələrdə belə bir məlumat aktiv tirajlanır ki, boğazın duzlu su ilə qarqara edilməsi "boğazda dörd gün qalan koronovirusun məhv edilməsi"-nə köməklik göstərir. Bu məlumat tam şəkildə həqiqətə uyğun deyil.
Bir çox hallarda ilk simptomlar üç gündən sonra özünü göstərir. Başqa sözlə desək insan xəstəlikdən əziyyət çəkməyərək onun daşıyıcısı ola bilər, müvafiq olaraq hər hansı bir öskürək və ya boğazda ağrı müşahidə edilməyəcəkdir.
Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri qəbul edirlər ki, bəzi tədqiqatlara əsasən adi soyuqdəymə zamanı duz ilə boğazın yaxalanması sağalmanı surətləndirə bilər. Eyni zamanda bu KRVİ-nə qarşı profilaktik üsuldur, belə ki, su boğazın selikli qişasını təmizləyir. Lakin koronovirusa yoluxma halında duzlu su ilə boğazın və burnun qarqara edilməsinin effektivliyi heç bir halda sübut edilməmişdir.

Turistlər
Əgər siz 2019-nCOV-un qeydiyyata alındığı ölkələrdə olmusuzsa və ya bu ölkələrə səfərdən sonra respirator xəstəliyin simptomlarının müşahidə edildiyi şəxslə yaxın ünsiyyətdə olmusuzsa bu haqda tibb işçisinə məlumat verin.

Son illərin tədqiqatlarına görə hazırda dünyada ilanların 12 fəsiləni əhatə edən 3400-ə qədər növü məlumdur. Bunlardan Azərbaycanda 4 fəsiləyə aid olan 30 növ yayılmışdır: korilanlar, yatağanlar, suilanları və gürzələr.

ƏTRAFLI OXUMAQ

Gəmiricilər dəstəsi növ sayına görə məməlilər sinfinin ən böyük dəstəsidir. Gəmiricilər dəstəsinə daxil olan növlərin sayı son məlumatlara görə 2000-dən çoxdur. Azərbaycan ərazisində yayılmış gəmirici növlərininn sayı hal-hazırda 37 növə qədər artmışdır. Gеniş yаyılmış gəmirici növləri fərdlərinin sаyının аrtdığı illərdə kənd təsərrüfаtınа nəzərə çаrpаcаq dərəcədə zərər vururlаr. Onlar kənd təsərrüfat bitkiləri olan (məsələn taxıl zəmilərini) aqrosenozları (əkin sahələrini) tamamilə məhv edir.

ƏTRAFLI OXUMAQ