Dezinfeksiya xidmətləri

Expel Azərbaycan şirkəti dezinfeksiya üzrə xidmətlərini təklif edir.

DEZİNSEKSİYA, DERATİZASİYA VƏ DEZİNFEKSİYA ÜZRƏ HƏR NÖV İŞLƏR!

Dezinfeksiya

İnsana həddən artıq böyük ziyan vuran çoxlu sayda mikroorqanizmlər - bakteriya, virus və göbələklər mövcuddur. İnsanın müxtəlif infeksiyalardan və xəstəliklərdən müdafiə olunması üçün peşəkar dezinfeksiya tələb olunur.

Author Avatar

Profilaktik dezinfeksiya — infeksiya xəstəliklərini törədən mikrobların toplandığı yerlərdə xəstəliyin baş verməsindən və epidemik alovlanmanın yaranmasından asılı olmayaraq həyata keçirilən dezinfeksiyadır. Profilaktik dezinfeksiyanın əsas məqsədi – təhlükəsiz həyat şəraitinin formalaşması və qorunması məqsədilə infeksiya xəstəliklərinin əmələ gəlməsinə yol verməmək, mikrobların yayılmasının qarşısını almaq və obyekti normal sanitariya-gigiyenik vəziyyətində saxlamaqdır.  

Profilaktik dezinfeksiya əsasən insanların kütləvi toplaşdığı yerlərdə (hava limanları, dəmir yol vağzalları, gəmilər, sərnişin vaqonları, ticarət mərkəzləri, kinoteatrlar, konsert zalları, yataqxanalar, bazarlar və s.), sərnişinlərin və qida məhsullarının daşınmasını həyata keçirən avtonəqliyyatlarda, qida məhsullarının istehsalı müəssisələrində, ictimai iaşə və qida məhsullarının ticarəti  obyektlərində, supermarketlərdə, yaşayış evlərində, ofislərdə, təhsil müəssisələrində, sanatoriyalarda, otellərdə, biznes mərkəzlərində, klinikalarda, idman klublarında, SPA – mərkəzlərində, üzgüçülük hovuzlarında, məişət xidməti sahəsində, gözəllik salonlarında və bir çox digər sahələrdə daima həyata keçirilir.

Qapalı ərazilərin istifadəsi zamanı həmin ərazilərdə sağlamlığa  mənfi təsir göstərən mikroblar və viruslar tədricən toplanır. Bu ərazinin hər bir kvadrat metrindən nə qədər çox insan axını keçirsə, o zaman mikro – bakterioloji çirklənmə səviyyəsi də bir o qədər yüksək olur. Qapalı ərazilərin profilaktik dezinfeksiyası əlverişsiz mikroiqlimin yaranmasının qarşısını almağa yardım edir, bakteriya və virusların çoxalması üçün münbit şəraiti aradan qaldırır. Yalnız profilaktik dezinfeksiyanın mütəmadi olaraq keçirilməsi zamanı dezinfeksiyanın təsiri effektiv olur. 

Əgər qapalı ərazilərin gündəlik olaraq təmizlənməsi səthlərdə toplanan çirk və tozla bağlı problemləri həll etməyə icazə verirsə, o zaman profilaktik dezinfeksiyanın əsas vəzifəsi – adi təmizləyici vasitələrin öhdəsindən gələ bilmədikləri problemlərin aradan qaldırılmasından və daha dərindən təmizləmə tədbirlərinin həyata keçirilməsindən ibarətdir. Yalnız profilaktik dezinfeksiya zərərli bakteriyaların, virusların və göbələklərin yaratdıqları xəstəliklərin geniş spektrinə yoluxmaq imkanından insanı müdafiə edə bilər. 


GÖBƏLƏKLƏRIN MƏHV EDILMƏSI

Çoxları tez-tez divarlarda, taxta döşəmələrdə və tavanlarda ağ rəngli zərif tükcüklərə rast gəlirlər. Sonradan həmin yerlərdə bənövşəyi, qara və sarı bulaşıq yaranır, bir müddətdən sonra onlar gümüşü çalarlı boz təbəqə əmələ gətirirlər. Bütün bunlar göbələk adlanır.

Göbələklə zədələnmələr mikroorqanizmlərin aktiv yayılması nəticəsində yaranır. Onlar nəm və az işıqlanan fasad sahələrində çoxalırlar. Göbələklərin inkişafının səbəbi fasadın, özülün və binanın damının hidroizolyasiyasının pozulması və ya zəif olmasıdır. Belə şəraitdə divarlar dərhal nəmlənir, onunla da bərabər divar içində mikroorqanizmlər inkişaf edir.

ƏTRAFLI OXUMAQ

VIRUS VƏ BAKTERIYALARIN MƏHV EDILMƏSI

Bakteriyalar hər yerdə, hər bir kvadrat santimetrdə milyondan çox olmaqla yayılıblar. Onlardan yalnız minə qədəri insan orqanizminə zərər yetirmir və ya faydalıdır. Bütün qalanlar isə, müvafiq olaraq müxtəlif xəstəlik mənbəyi ola biləcək parazitlərdir.

Bakteriya və virusları tam məhv etmək, demək olar ki, qeyri-mümkündür, belə ki, onlar temperaturun qalxıb düşməsinə uyğunlaşa bilir, suda yaşaya bilir və hətta ən ciddi xarici qıcıqlandırıcılara müqavimət göstərə bilirlər. Virus və bakteriyalar bizim üçün ona görə təhlükəlidirlər ki, tək ətraf mühitdə deyil, həm də insan sağlamlığını pisləşdirərək onun orqanizmində də yaşaya bilirlər.

ƏTRAFLI OXUMAQ