Blog və xəbərlər

Şirkətimiz həmişə müştərilərin seçiminə əsaslanır, buna görə də biz müştərilərimizin rahatlığı üçün əlimizdən gələni edirik.

Gəmiricilər dəstəsi növ sayına görə məməlilər sinfinin ən böyük dəstəsidir. Gəmiricilər dəstəsinə daxil olan növlərin sayı son məlumatlara görə 2000-dən çoxdur. Azərbaycan ərazisində yayılmış gəmirici növlərininn sayı hal-hazırda 37 növə qədər artmışdır. Gеniş yаyılmış gəmirici növləri fərdlərinin sаyının аrtdığı illərdə kənd təsərrüfаtınа nəzərə çаrpаcаq dərəcədə zərər vururlаr. Onlar kənd təsərrüfat bitkiləri olan (məsələn taxıl zəmilərini) aqrosenozları (əkin sahələrini) tamamilə məhv edir.

Azərbaycanda yayılmış gəmirici növlərinin bəziləri insan məskənlərində yaşayırlar. Onların bəzi növləri (siçovul və ev siçanı) insan məskənlərinin daimi sakinləridir. Bəzi növlər isə soyuq havalarda (əsasən payız və qış) aylarında yaşadıqları çöl ərazilərində əlverişsiz mühit və qida çatışmamazlığı səbəbindən (əsasən payız və qış aylarında) binalara köc edir və burada məskunlaşırlar. Bu səbəbdən əlverişsiz fəsillərdə binalarda onların sayı daha çox olur. Belə növlərə sinantrop növlər deyilir.
Bu qəbildən olan gəmirici növləri müxtəlif pаrаzit növlərin qidа mənbəyi оlduğu üçün еpidimiоlоji əhəmiyyətə mаlik оlub, insаn və hеyvаnlаrdа təhlükəli infеksiоn xəstəliklərin yаyılmаsınа xidmət еdirlər. Belə gəmirici növlərinin şəhərlərdə yayılması çox təhlükəlidir. Bakı və digər iri şəhərlərdə bir tərəfdən (mağaza, hotel, restoran, şadlıq evləri, qida anbarları və digər obyektlərdə) onlar ifrazat maddələri (sidik və nəcis) ilə insana lazım olan qidaları yararsız hala salır. Digər tərəfdən hazırlanmış qidaları yeyərək ağız suyunda və dişlərində olan mikrobları qidaya keçirirlər. Bunun nəticəsində evdə toplanmış qidalara zərər vururlar və xəstəliklər yayırlar. Məlumdur ki, təkcə boz siçovul taun, tulyaremiya, gənə səpməyatalaq qızdırmasının bir neçə forması, leptospiroz, quduzluq, qara yara, sarılıq və digər qorxulu xəstəliklərin yayılmasında müstəsna rola malikdir.
Bakı və digər şəhərlərin boz siçovuldan başqa digər daimi sakinlərindən biri ev siçanlarıdır. Boz siçovulun törətdiyi xəstəlikləri sirasına ev siçanlarını da daxil etmək olar.
İstənilən şəhərlərdə və təbiət ərazilərində onlara qarşı mübarizə tədbirləri effektli olmur. Onları digər növlər kimi tamamilə məhv etmək mümkün deyil. Hansı növə qarşı mübarizə aparılmasından asılı olmayaraq onların bəzi fərdləri salamat qalıb yeni nəslə başlanğıc verir. Bu onların immun sisteminin müxtəlifliyi ilə əlaqədardır. İnsanların hamısı eyni xəstəliyə müxtəlif dərəcədə yoluxması və xəstəliyi yüngül və ağır dərəcədə keçirməsi faktı hamıya məlumdur. Gəmiricilərdə də bu xüsusiyyətə rast gəlinir. Zəhərlərin təsiri bir növün bir qrup fərdlərinin ölümünə, ikinci qrup fərdlərin zəifləməsinə səbəb olur. Növün elə fərdləri ola bilər ki, zəhər onlara təsir etməyə bilər. Birinci və ikinci qrup fərdlər məhv olsada, zəhər təsir edən fərdlərin, zəhərədavamlı fərdlərin nəsillərinin salamat qalması nəticəsində yeni, həmdə zəhərədavamlı populyasiyaların yaranmasına səbəb ola bilər. Bu zaman yeni populyasiyaya qarşı yeni zəhərlərin hazırlanması tələb olunur.
Gəmiricilərin konkret növünə qarşı aparılan məhvedici mübarizə üsulu konkret ərazidə 100% effektli olsa belə, bir müddətdən sonra həmin əraziyə digər ərazilərdən həmin gəmirici növünün miqrasiya etməsi mümkündür. Buna görə də bir binada aparılan profilaktik tədbirlər uzun müddət ərzində daimi olmalı və hətta qonşu ərazilərdə və binalarda da profilaktik tədbirlər aparılmalıdır.
Məlumdur ki, iri şəhərlərdə sinantrop növlər o cümlədən gəmiricilər üçün il boyu əlverişli şərait (qida bolluğu, tempiratur və sığınacaq) olur. Bu şərait onların il boyu çoxalmasına imkan verir. Əgər iki fərd salamat qalarsa onların bir aylıq artımı 10-12 fərdə çatar, həmin fərdlər də 3 aydan sonra cinsi yetişkənliyə çatır və 3-4 aydan sonra bu fərdlərin sayı ən azı 30-40 fərd ola bilər.
Gəmiriciləri (boz siçovul və ev siçanları) məhv etmək və yaşayış yerlərindən uzaqlaşdırmaq üçün bir neçə üsuldan istifadə olunur:
Birincisi: gəmiricinin işlək yuvalarına xüsusi zəhərlər qoyulur.
İkincisi: mexaniki öldürmə üsuludur. Bu zaman siçovulları tutmaq üçün öldürüci və diritutan tələlərdən istifadə olunur.
Üçüncüsü: gəmiricilərin yaşaması üçün əlverişsiz mühitin yaradılmasıdır. Bunlardan biri qida maddələrinin bağlı yerlərdə saxlanılmasıdır. Qida tapa bilməyən sıçovullar həmin ərazidən uzaqlaşırlar.

Biologiya elmlər doktoru Q.N.Quliyev