Zəmanət

Zəmanət

Expel Azərbaycan MMC-nin əsas üstünlüklərindən biri iş səmərəliliyinin təminatıdır. Dərmanlamanın aparılmasından sonra biz, xidmət göstərilmiş obyektin təmizlənməsi və istifadəsi üzrə tövsiyələr veririk və bu tövsiyələrə əməl edilməsi çox mühümdür. Obyekti ümumi təmizləmək üçün müəyyən bir müddət gözləmək lazımdır.

Əgər müştəri tərəfimizdən verilən bütün tövsiyələrə riayət etmişdirsə, amma  buna baxmayaraq zəmanət müddəti ərzində xidmət olunmuş obyektdə yenidən problemlər meydana çıxarsa, təkrar dərmanlama pulsuz aparılır.

Sanitar – gigiyenik tələblərə riayət olunması ilə bağlı bütün tövsiyələrimizə riayət olunarsa və yaxınlıqda həşəratların məskunlaşma mənbəyinin olmadığı halda dərmanlamadan əldə olunan effekt uzun müddət saxlanılır.

Hansı hallarda biz zəmanət vermirik?

Əgər dərmanlama ciddi sanitar pozuntuları olan obyektdə aparılırsa, o zaman Şirkətimiz zəmanət vermir. Bu cür obyektlərdə qüsursuz və effektiv dərmanlama işlərinin aparılması mümkün deyil.

Əgər müştəri dərmanlamadan sonra tövsiyələrimizi yerinə yetirmirsə və ya ziyanvericilərin yayılması mənbəyi dərmanlama olunan məkandan kənarda yerləşirsə (məsələn, qonşuluqdakı obyektdə yerləşirsə), o zaman zəmanətli öhdəliklər dayandırılır.

Əgər obyekt tam dərmanlanmırsa (məsələn, bir otaq və ya bəzi sahələr), şirkətimiz zəmanət vermir. Həşəratların və ya gəmiricilərin dərmanlanmamış sahələrdən yayılması ehtimalı yüksəkdir.

Mükəmməl dərmanlama üçün yararsız olan məkanların əlamətləri:

  • Qopan divar kağızları və divar üzlüklərinin tökülməsi.
  • Su sızdıran borular.
  • Divarların, döşəmənin və tavanın mövcud qüsurları.
  • Səthə hopmuş, qurumuş, daha da dərinə nüfuz edən çirk.
  • Kanalizasiya və su borularında sızmaların olması.
  • Təmizlik işlərinin aparılmaması.
  • Zibil konteynerlərində qida və məişət tullantılarının qalıqları.

 

Dərmanlama işlərinin aparılmasından sonra canlı həşəratlar aşkar oluna bilər. Bu sizi narahat etməməlidir. Çünki, dərmanlamadan sonra çox az sayda həşəratlar sağ qala bilər, lakin onlar da tez bir zamanda məhv olurlar.

Gəmiricilərin həyat  fəaliyyətinin xüsusiyyətlərini nəzərə alsaq, digər ərazilərdə yaşayan gəmiricilər 3 ay əvvəl deratizasiya olunan ərazidə yenidən məskunlaşa bilərlər. Məhz buna görə də, biz öz müştərilərimizə ən azı 3 aydan bir deratizasiya işlərini aparmağı tövsiyə edirik.

 

*Bu saytda bütün yazıların müəllif hüquları “Expel Azərbaycan” MMC şirkətinə aiddir.

Author Avatar