Ən çox verilən suallar

MARAQLANIN

Sizə faydalı ola biləcək məlumat

Dezinfeksiya — xəstəlik törədən mikroorqanizmlərin, o cümlədən, sadə bakteriyalar, viruslar və göbələklər vasitəsilə yaranan müxtəlif təhlükəli infeksiyaların törədici mikroblarının məhv edilməsinə və xarici mühitin müxtəlif obyektlərində toksinlərin dağılmasına yönəlmiş tədbirlərin kompleksidir.
Dezinseksiya – infeksiya daşıyıcıları olan, insanlara və qida məhsullarına ziyan vuran xoşagəlməz həşəratların məhv edilməsi üzrə kompleks tədbirlərdir.
Deratizasiya - insana xas olan yoluxucu xəstəliklərin törədiciləri və daşıyıcıları olan, insanlara, müəssisələrə, biznesə, şəxsi mülkiyyətə iqtisadi zərər vuran ziyanlı gəmiricilərin məhv edilməsi üzrə kompleks tədbirlərdir.
İlanlarla mübarizə bir neçə mərhələdən ibarətdir: ərazidə perimetr boyunca bioloji preparat səpilir, ehtiyac olduğu halda texniki maniələr quraşdırılır, perimetr boyunca ultrasəs qovucu cihazlar quraşdırılır, əgər ərazidə ilan aşkar olunursa onu tutub uzaqlaşdırmaq üçün əraziyə mütəxəssis göndərilir.
Bəli, biz epidemiologiya, dezinfeksiya, dezinseksiya, deratizasiya xidmətlərini göstərmək üçün İN/L-78/2017 qeydiyyat nömrəsi ilə verilmiş lisenziya əsasında işləyirik.
Dərmanlama zamanı obyektdə dərmanlama işi ilə əlaqəli olmayan şəxslərin, ev heyvanları, balıq və quşların olması qəti qadağandır. Dərmanlama işləri bitdikdən və obyektin düzgün havalandırılmasından 3-4 saat sonra insanlar və ev heyvanları üçün təhlükə qalmır.
1. Dezenfeksiya xidmətlərinin keçirildiyi gün obyekti nəm əski ilə təmizləmək, bərk səthlərdən tozu və çirkli silmək lazımdır. Bu ondan ötəridir ki, preparatın kiçik zərrəcikləri təmiz bərk səthin üzərinə çöksün və toza hopmasın, əks halda dərmanlamanın effekti zəif olacaqdır.
2. Dezenfeksiya xidmətləri göstərilən obyektlərdə, dərmanlama işi ilə əlaqəli olmayan şəxslərin iştirakı qəti qadağandır. Əgər obyektdə ev heyvanları varsa (pişiklər, itlər, quşlar, dağsiçanı və s.) onları başqa bir dərmanlanmayan otağa yerləşdirmək lazımdır. İçində balıq, tısbağa, sürünənlər və digər soyuqqanlı heyvanlar olan rezervuarları da təxliyyə etmək lazımdır, əgər bu mümkün deyilsə onu suya davamlı material ilə sıx şəkildə örtün. Həmçinin, akvariumları, terrariumları təhlükəsizləşdirmək üçün bütün dezinfeksiya xidmətlərinin həyata keçirildiyi müddətdə və xidmətdən sonra bir saat ərzində akvariumun qapağı bağlı saxlanmalı və oksigen təchizatı sistemi söndürülməlidir.
3. Dezinfeksiya xidmətlərinin həyata keçirilməsindən əvvəl qida məhsulları otaqdan çıxarılır və soyuducuya qoyulur, qab-qacaq açıq səthlərdn yığışdırılır və suya davamlı material ilə sıx şəkildə örtülür, şəxsi əşyalar, uşaq oyuncaqları və şəxsi gigiyena əşyaları (sabun, dəsmal, diş fırçaları, tualet kağızı və s.) dolablara yığışdırılır, mebellərin üstü, yağlı boya ilə çəkilmiş rəsm əsərləri, məişət texnikaları (televizor, soyuducu, kömpüter və digər elektrik cihazları) yığışdırılır və ya üstləri örtülür.
*Yuxarıda qeyd olunan bütün tələblər insan sağlamlığı və ətraf mühitin mühafizəsi üçün tərtib olunmuşdur.
Dərmanlamadan 1 gün əvvəl obyektdə (ev, ofis, restoran və s.) nəm təmizləmə etmək lazımdır, toz və və çirk olmamalıdır. Dərmanlamadan əvvəl otaqların pəncərələri örtülür, qida məhsulları otaqdan çıxarılır və ya soyuducuya qoyulur, qab-qacaq otaqdan çıxarılır və ya sıx şəkildə örtülür, içəridə qida və məişət tullantıları kənarlaşdırılır, mebellərin və elektron cihazların üstü örtülür. Əgər obektdə ev heyvanları və bitkilər varsa onları təhlükəsiz yerə çıxarmaq lazımdır. Akvariumdaki balıqlar, tısbağalar və digər soyuqqanlı heyvanlarda dərmanlanan otaqdan uzaqlaşdırılmalıdır, əgər akvariumun yerini dəyişmək mümkün deyilsə üstü hava və su keçməməsi üçün örtülməlidir.
1. Dərmanlamadan sonra obyektə 2-3 saat daxil olmaq olmaz, çünki bu müddət ərzində preparat çünki bu müddət ərzində preparatın kiçik zərrəcikləri bütün bərk səthlərə çökməli və həşəratlar bu preparatların zərərli təsirini hiss etməlidirlər. 2. Obyektdə dərmanlama işləri başa çatdıqdan sonra dərhal bütün pəncərələri və nəfəsliyi, qapıları, ventilyasiya dəliklərini açmaq tövsiyə olunmur. Vurulan insektisid preparatının havalandırılmaması, bütün bərk səthlərə çökməsi və həşəratların olduqları müxtəlif dəliklərə və çatlara daxil olması həddən artıq vacibdir. Əlbətdə, bu zaman obyektdə nə insanlar, nə də ev heyvanları olmamalıdır.
3. Dezinfeksiya xidmətləri göstərilən obyektlədə iş bitdikdən 2-3 saat sonra hava axını ilə bir saatdan az olmamaqla obyekti havalandırmaq lazımdır. Obyektin havalandırılması zamanı içəridə qalmaq olmaz. Sadəcə pəncərələri və qapıları taybatay açmaq, havalandırma sisteminin qapağını çıxarmaq və küçəyə və ya küçə qapısına çıxmaq kifayətdir.Əgər dərmanlama ilin isti mövsümündə aparılırsa, o zaman obyekti 2-3 saatdan artıq havalandırılması məsləhətdir. Obyektin düzgün havalandırılmasından sonra insanlar (o cümlədən, istənilən yaşda olan uşaqlar) və ev heyvanları içəriyə daxil ola bilərlər. Havalandırma zamanı pereparat küçəyə sorulur, səthin üstünə çökən preparat isə quruyur, insan və ev heyvanları üçün heç bir təhlükə yaratmır.
4. Əgər hər hansı bir səbəbdən dezinfeksiya xidmətlərinin həyata keçirilməsindən əvvəl dərmanlanan obyektdən qida məhsulları kənarlaşdırılmayıbsa, o zaman onları tullamaq lazımdır. Əgər hər hansı bir səbəbdən dezinfeksiya xidmətlərinin həyata keçirilməsindən əvvəl dərmanlanan obyektdə qab – qacaq suya davamlı material ilə sıx şəkildə örtülməyibsə, sadəcə olaraq mətbəxdə saxlanılıbsa, o zaman onları qab üçün yuyucu maddə ilə yumaq lazımdır. Əgər uşaq oyuncaqları otaqdan yığışdırılmayıbsa, o zaman onları qaynar suda yumaq və ya silmək tövsiyə olunur. Əgər otaq bitkiləri otaqdan çıxarılmayıbsa, onları duşun altında yumaq lazımdır. Üzərinə preparat zərrəcikləri düşən geyim, yataq dəsti və sair əşyaları 60 dərəcədən yuxarı temperaturda yumaq məsləhətdir. İlk vaxtlar əlinizi sabunla tez-tez yumağa çalışın.
5. Təmizlik işlərini dərmanlamadan və havalandırmadan 3-4 saatdan tez olmayaraq preparatın kiçik hissəciklərinin bütünlüklə təmiz və bərk səthlərin üzərinə çökməsindən sonra başlamaq lazımdır. Təmizlik işləri zamanı pəncərələr açıq və havalandırma sistemi işlək vəziyyətdə olmalıdır.
6. Dezinfeksiya xidmətlərinin yerinə yetirilməsindən dərhal sonra obyektdə əsaslı təmizlik işlərini aparmaq lazım deyil, çünki belə olan halda vurulan insektisid preparatın böyük hissəsi yuyulacaq və ya silinəcək, və bu həşəratların bütünlüklə məhv olmamasına gətirib çıxara bilər.
7. Obyektin havalandırılmasından sonra sabunlu soda məhlulunun tətbiq olunması ilə nəm təmizlik işlərinin aparılması həyata keçirilir. Təmizlik işləri ilk növbədə insanların və ev heyvanlarının daha çox təmasda olduqları səthlərdən: qapnının, soyuducunun, dolab və dolabçanın dəstəklərindən, dolabın, masanın, jurnal masasının, stulun, kətilin, kreslo və divanın qoltuqaltlarının, dəyişdirici elektrik açarlarının, elektrik çıxışlarının (rozetkaların), soyuducunun, unitazın, əl – üz yuyan çanağın və s. əşyaların səthlərindən əlcəkdən istifadə edərək nəm üsulla (sabunlu soda məhlulla) əskinin və tozsoranın köməyi ilə aparılmalıdır. Yumşaq mebeli, xalçaları, divarları tozsoranla təmizləyin. Döşəmələri süpürmək və ya tozsoranla təmizləmək lazımdır. Əgər döşəməni yumaq zərurəti mövcuddursa, o zaman uşaqların və ya ev heyvanlarının daha çox oynadıqları yerləri silmək kifayətdir. Təmizlik işlərinin nəm əski və tozsoran cihazın köməyi ilə əlcəklərdə aparılması zəruridir.
8. Əgər 3-5 gün ərzində insektisid preparatla təmasda olmaq təhlükəsinin olmadığı yerlərdə - plintus boyunca, qızdırıcı batareyanın və mebellərin ətrafında, çarpayı, dolab və divan altında, soyuducunun, asma dolabın arxasında, vannanın və mətbəxdəki qab yuma çanağın altında, qapı və pəncərə oyuqlarında nəm əski ilə təmizlik işləri aparılmasa dərmanlamanın nəticəsi yüksək səviyyədə effektiv olacaqdır. Məsələ burasındadır ki, praktiki olaraq dezinseksiya üçün nəzərdə tutulmuş bütün müasir preparatların uzunmüddətli təsiri vardır, yəni dərmanlama işlərinin aparılmasından sonra obyektin bərk səthləri üzərində aktiv maddənin nazik, görünməyən qoruyucu pərdəsi qalır. Qoruyucu pərdə həşəratların obyektə daxil olmalarına qarşı bir maneə rolunu oynayaraq dərmanlama işlərinin aparılması zamanı birbaşa preparatın təsirinə məruz qalmayan həşəratların məhv edilməsinin bir təminatçısı rolunu oynayır. Nəticədə, sığınacaq yerlərini tərk edən həşəratlar mütləq bu qoruyucu pərdənin üzəri ilə hərəkət edəcəklər. Bu isə onlara məhvedici təsir göstərəcəkdir. Bu pərdə yalnız həşəratlara, yəni soyuqanlı orqanizmlərə mənfi təsir göstərir, insanlar və ev heyvanları üçün isə təhlükəsizdir. Buna görə də, bu preparatın həşəratların rahat yaşayışına mane olduğu yerlərdə onu mümkün qədər uzun müddət yuyub silməmək daha məsləhətlidir.
Dezinfeksiya prosedurundan sonra insanlar içəri 20 dəqiqə - 1 saat sonra daxil ola bilərlər.
Dezinseksiya prosedurundan sonra insanlar içəri 3-4 saatdan sonra daxil ola bilərlər.
Deratizasiya prosedurundan sonra insanlar dərhal içəri daxil ola bilərlər, hətta prosedur zamanı içəridə qala bilərlər. Dərmanlama zamanı obyektdi tərk etməyə də bilərsiniz.
Xeyr, qalmır. Müasir preparatlar hər hansı bir materialın səthlərinə və örtüklərinə tədbiq edildikdə iz və ləkə qoymur. Bəzi səthlərdə kiçik bir iz qala bilər, lakin dərmanladan 1 gün sonra həmin səthləri nəm əski ilə silmək yetərlidir.
Biz ölkəmizin ərazisində yayılan hər növ ziyanvericilərlə mübarizə aparırıq: milçəklər, ağcaqanadlar, arılar, moskitlər, cücülər, tarakanlar, qarışqalar, birələr, taxtabitilər, bitlər, güvələr, ilbizlər, qırxayaqlar, hörümçəklər, siçan və siçovullar, ilan, əqrəb, kərtənkələ və s.
Dərmanlamanın vaxtı obyektin sahəsindən və ziyanvericilərin növündən asılıdır. Məsəl üçün 100 m² obyekt 30-60 dəqiqə ərzində dərmanlanır.
Preparatlarımız allergik insanlar üçün allergiya yarada bilər. Göz və əl nahiyəsinə dəyidikdə qıcıqlandırma baş verə bilər, buna görə də dərhal su ilə yuyulmalıdır. Təmizləmə zamanı isə mütləq əlcəkdən istifadə etməlisiniz.
Əgər dərman qab-qacağın üzərinə düşərsə narahat olmayın, qabları adi qabyuyan vasitələrlə yumağınız yetərlidir.
Qab və qida məhsullarını yığışdırmağa ehtiyac yoxdur.
Preparatların effektivliyi bir çox amillərdən asılıdır: obyektin tipindən, həşəratların növündən, obyektin sanitar-gigiyenik vəziyyətindən, yaxınlıqda həşəratların məskunlaşma mənbəyinin olub-olmamasından və s. Orta hesabla preparatların effektivliyi 15 gün – 1 ay ərzində qalır. Preparatların effektivliyi bir çox faktordan asılıdır: obyektin tipindən, obyektin təmir vəziyyətindən, obyektin sanitar-gigiyenik vəziyyətindən və s. Adətən nəticə artıq 3-4 prosedurdan sonra öz effektivliyini uzunmüddət saxlaya bilir.
Təcrübədən aydın olur ki, müasir insektisidlər həşəratlarla kontaktda olduğu zaman 15-20 dəqiqə ərzində onları öldürür. Lakin deliklərdə, şaxtalarda, plintuslarda insenktisidlə əlaqədə olmayan gizlənmiş həşəratlar bir neçə gün ərzində öləcəklər.
Bizim şirkətin üstünlüklərindən biridə odur ki biz gördüyümüz işin effektivliyinə zəmanət veririk. Əgər qarantiya müddəti bitmədən obyektdə həşərat problemi yaranarsa əlavə ödənişsiz dərmanlama işləri görüləcəkdir.
Həşəratlara qarşı dərmanlamadan sonra 2-3 saat içəri insanların girişi qadağandır, çünki bu müddət ərzində preparat bütün səthlərin üstünə hopmalıdır. 2-3 saat keçəndən sonra obyekti 1 saat ərzində havalandırmaq lazımdır. Deratizasiya işlərinin aparılması zamanı otaqdan ümumiyyətlə çıxmamaq mümkündür.
Hər bir obyektin növündən, sahəsindən, sanitar-gigiyenik vəziyyətindən asılı olaraq dərmanlamanın müddəti fərqlidir. Məsəl üçün sahəsi 100 m² olan obyekt üçün dərmanlama 30-60 dəqiqə arası vaxt çəkir.
Bəli, əgər preparat insan və ya heyvanının orqanizminə düşərsə təcili həkimə müraciət etməlisiniz.
Orta hesabla 1-2 ay (preparat quruyur, qoxusu qaçır)
Deratizasiya proseduru obyektdə xüsüsi hazırlıq tələb etmir.
Tələb olunan vaxt obyektin sahəsindən və tipindən asılıdır. Orta hesabla 100 m² obyekt üçün 15-20 dəyqə yetərlidir.
Bölgələrə xidmət yalnız korporativ müştərilər üçün nəzərdə tutulmuşdur.