HAQQIMIZDA

“Expel Azərbaycan” MMC 2016 cı ildə Bakı şəhərində ziyanvericilərlə mübarizə sahəsində fəaliyyət göstərmək məqsədilə yaradılmışdır.

YALNIZ SERTIFIKATLAŞDIRILMIŞ PREPARATLAR VƏ MÜASIR YÜKSƏK TEXNOLOJI AVADANLIQLAR

Yüksək Nəticə və Zəmanət

«Expel Azərbaycan» şirkəti Azərbaycanda ən münasib qiymətlərlə və dünya standartlarına uyğun - həşərat, gəmirici, sürünənlər, yoluxucu, virus və bakteriyalarla mübarizə aparmaq üçün peşəkar vasitələrinin və müasir texnologiyaların tətbiqi ilə dezinfeksiya, dezinseksiya və deratizasiya xidmətləri təklif edir.

Azərbaycan Respublikasında ziyanvericilərlə mübarizə sahəsində fəaliyyət göstərmək üçün Biz bütün lisenziyalar və sertifikatlara sahibik.

Bizim iş prinsipimiz əsl peşəkarlardan ibarət olan və xüsusi hazırlığa malik əməkdaşlarımız hesabına yalnız keyfiyyətli xidmətlər göstərməkdir.

Biz öz işimizdə yalnız sertifikatlaşdırılmış preparatlardan və müasir avadanlıqlardan istifadə edirik, istənilən mürəkkəbliyə malik obyektlərdə işləmək üçün texniki imkanlara və bacarıqlara malikik. Bütün tədbirlər keyfiyyət və sürətlə görülür.

Bizim missiyamız əhalinin sanitar-epidemioloji sağlamlığını, insanların yararlı ətraf mühitdə yaşamalarını təmin etməkdir.

Biz Azərbaycanda dövlət idarələri, neft və tikinti şirkətləri, tibb müəssisələri, təhsil müəssisələri, inzibati binalar, nəqliyyat vasitələri, restoranlar və otellər, zavod və fabriklər, anbarlar və sexlər, ticarət mərkəzləri, biznes mərkəzləri və ofislər, evlər və mənzillər və digər bir çox yerlərə öz xidmətlərimizi göstəririk.

Şirkətimiz həmişə müştərilərin seçiminə əsaslanır, buna görə də biz Sizin rahatlığınız üçün dərmanlama prosedurlarını Sizə uyğun gün və istədiyiniz saatda həyata keçiririk.

Author Avatar