Birələrin əmələ gəlməsinin ilk göstəricisi parazitlərin dişlədiyi yerlərdə kiçik göynəyən nöqtələrin yaranmasıdır. Birələr insan və ya heyvanların dərilərində dəliklər açır və dişlədikləri yerdə göynəyən izlər buraxırlar. Onlar ağcaqanadların diş yerindən dəfələrlə kiçikdir, lakin uzun müddət sağalmır və daimi qaşınma verirlər, bununla bərabər, dişlənmiş yerdə irinlər əmələ gələ bilər ki, bu da dəri xəstəliklərinin göstəricisidir. Qan sorduqdan sonra birələrin əksəriyyəti insan və ya heyvan bədənini tərk etsə də onun məkanında yaşamağa davam edir.
Lakin ən ciddi nəticə Sizi xəstəlik daşıyıcı və ya xəstə birə dişlədiyi halda baş verə bilər. Axı həmin xırda parazitlər bir sıra təhlükəli xəstəliklərin daşıyıcıları ola bilər, onlardan bəziləri ölümcül nəticələrə gətirə bilər, məsələn Brusell, salmanell, Hepatit B və C, səpmə yatalaq, tripansoma, taun, qarın yatalağı, tülyaremiya, onlar hətta gənə ensefaliti virusunun daşıyıcısı da ola bilərlər. Bununla belə, birələr südəmər uşaqlara və yataq xəstələrinə xüsusi narahatlıq verə bilər.
Birələri evə ev heyvanları gətirə bilər, digər bir variant yoluxmuş yerdə uzun müddət qalmış əşyanın evə gətirilməsi ola bilər. Bundan əlavə birələr ofis və ya evlərə havalandırma şaxtası və ya kanalizasiya vasitəsilə girə bilərlər.
Bu parazitlərin daşıdığı bütün nəticələri nəzərə alaraq, birələrlə mübarizə bu parazitlərin evinizdə yarandığı andan təxirə salınmadan aparılmalıdır. Onlardan təkbaşına can qurtarmaq mümkün olmadığına görə bu mürəkkəb prosedurun aparılmasını peşəkarlara həvalə etmək lazımdır. Bizim mütəxəssislərimiz bu prosedurun aparılması üçün zəruri olan bütün vasitələrə malikdirlər.