Ultrasəsqovucu cihazın işləmə prinsipi:
Təbiət ilanlara yaxşı inkişaf etmiş hissiyyat orqanlarını bəxş etmişdir. Onlar xüsusilə də, səsə və vibrasiyalara qarşı neqativ münasibət bəsləyirlər. Məhz bu xüsusiyyət ultrasəsli qovucu cihazın işinin əsasını təşkil etmişdir. İlan ultrasəs vibrasiyaları hiss edən kimi (o bunu təhlükə hesab edir və onu narahat edən vibrasiyaların geniş yayıldığı) ərazini dərhal tərk edir. Bu, zəlzələdən və vulkan püskürmələrindən əvvəl ilanların məskunlaşdıqları əraziləri sürətlə tərk etmələrinə bənzəyir.
İlanlara daha çox yaz aylarında rast gəlmək mümkündür. Bu dövrdə onlar qış yuxusundan ayılırlar. Əsasən ilanlar aprel ayından oktyabr ayına kimi fəal olurlar. Onların istiyə qarşı bu qədər sevgi duymalarına baxmayaraq, qızmar havada ilanlar hərəkətsiz olur. Onlar hətta “yay yuxusuna” gedirlər. Oxşar vəziyyət ilin soyuq vaxtı da müşahidə olunur. İlanlar çoxalma dövründə (yaz – yayın əvvəli) və ilin isti vaxtlarında daha fəal olurlar. Daha bir maraqlı məqam: ilin isti aylarında ilanlar kölgəyə sürünür, soyuqdan sonra isə əksinə, günəşin istisinə doğru can atırlar. Buna görə də, onları əksər hallarda asfalt yollarda “uzanan” halda görmək mümkündür. Sürünənlər yaz mövsümündə və avqustda – çoxalma dövründə daha təhlükəlidirlər.
İlanlar ilə fiziki kontakt – istənilən halda pis fikirdir. Ən yaxşısı budur ki, sürünən qonşunuzu yaxşı öyrənin, onun bioloji növünü müəyyən edin, daha sonra onunla mübarizəyə başlayın. Əgər siz öz ərazinizdə gürzəni və ya koramalı aşkar etmisinizsə, onları öldürmək lazım deyildir. İstənilən öldürülmüş və ya əzilmiş ilanın əzələləri hələ də spazma şəklində yığılıb – açılır. Bu zaman xüsusilə dişi ilanlardan çağırış ferromonlarından ibarət olan maddələr ifraz olunur. Əgər sadə dildə desək – ölmüş ilan cütləşməyə hazırlığı ifadə edən qoxunu qeyri – iradi olaraq ətrafa yayır. İlanlarda ən mükəmməl iybilmə aparatı olduğu üçün qonşu ilanlar məhz bu qoxuya doğru sürünməyə başlayacaqlar və onların sayı onlarla ola bilər! Buna görə də, ilanı yaşayış yerinizdən uzaqlaşdırmaq daha arzu olunandır. Ən yaxşı variant ümumiyyətlə bu proseduru təkbaşına həyata keçirməməkdən və xüsusi xidməti çağırmaqdan ibarətdir. Sizin sahənizin və ya müəssisənizin ərazisində ilanın aşkar olunması zamanı bizim mütəxəssislərimiz ilanı tutur, eləcə də, ərazini sürünənlərdən təmizləmək üçün onu dezinfeksiya edir və zəruri hallarda ilanlara qarşı fiziki maneələr quraşdırırlar. Əgər siz yenə də gürzəni öldürmüsünüzsə, o zaman ona əlinizi toxundurmadan, onu evdən uzağa aparın. İlandan sürüşüb çıxan ilan dərisi ilə də bu cür davranmaq lazımdır: onun qoxusu ilə ilan öz ərazisini axtarıb tapır.