1. Dərmanlamadan sonra obyektə 2-3 saat daxil olmaq olmaz, çünki bu müddət ərzində preparat çünki bu müddət ərzində preparatın kiçik zərrəcikləri bütün bərk səthlərə çökməli və həşəratlar bu preparatların zərərli təsirini hiss etməlidirlər.
2. Obyektdə dərmanlama işləri başa çatdıqdan sonra dərhal bütün pəncərələri və nəfəsliyi, qapıları, ventilyasiya dəliklərini açmaq tövsiyə olunmur. Vurulan insektisid preparatının havalandırılmaması, bütün bərk səthlərə çökməsi və həşəratların olduqları müxtəlif dəliklərə və çatlara daxil olması həddən artıq vacibdir. Əlbətdə, bu zaman obyektdə nə insanlar, nə də ev heyvanları olmamalıdır.
3. Dezinfeksiya xidmətləri göstərilən obyektlədə iş bitdikdən 2-3 saat sonra hava axını ilə bir saatdan az olmamaqla obyekti havalandırmaq lazımdır. Obyektin havalandırılması zamanı içəridə qalmaq olmaz. Sadəcə pəncərələri və qapıları taybatay açmaq, havalandırma sisteminin qapağını çıxarmaq və küçəyə və ya küçə qapısına çıxmaq kifayətdir.Əgər dərmanlama ilin isti mövsümündə aparılırsa, o zaman obyekti 2-3 saatdan artıq havalandırılması məsləhətdir. Obyektin düzgün havalandırılmasından sonra insanlar (o cümlədən, istənilən yaşda olan uşaqlar) və ev heyvanları içəriyə daxil ola bilərlər. Havalandırma zamanı pereparat küçəyə sorulur, səthin üstünə çökən preparat isə quruyur, insan və ev heyvanları üçün heç bir təhlükə yaratmır.
4. Əgər hər hansı bir səbəbdən dezinfeksiya xidmətlərinin həyata keçirilməsindən əvvəl dərmanlanan obyektdən qida məhsulları kənarlaşdırılmayıbsa, o zaman onları tullamaq lazımdır. Əgər hər hansı bir səbəbdən dezinfeksiya xidmətlərinin həyata keçirilməsindən əvvəl dərmanlanan obyektdə qab – qacaq suya davamlı material ilə sıx şəkildə örtülməyibsə, sadəcə olaraq mətbəxdə saxlanılıbsa, o zaman onları qab üçün yuyucu maddə ilə yumaq lazımdır. Əgər uşaq oyuncaqları otaqdan yığışdırılmayıbsa, o zaman onları qaynar suda yumaq və ya silmək tövsiyə olunur. Əgər otaq bitkiləri otaqdan çıxarılmayıbsa, onları duşun altında yumaq lazımdır. Üzərinə preparat zərrəcikləri düşən geyim, yataq dəsti və sair əşyaları 60 dərəcədən yuxarı temperaturda yumaq məsləhətdir. İlk vaxtlar əlinizi sabunla tez-tez yumağa çalışın.
5. Təmizlik işlərini dərmanlamadan və havalandırmadan 3-4 saatdan tez olmayaraq preparatın kiçik hissəciklərinin bütünlüklə təmiz və bərk səthlərin üzərinə çökməsindən sonra başlamaq lazımdır. Təmizlik işləri zamanı pəncərələr açıq və havalandırma sistemi işlək vəziyyətdə olmalıdır.
6. Dezinfeksiya xidmətlərinin yerinə yetirilməsindən dərhal sonra obyektdə əsaslı təmizlik işlərini aparmaq lazım deyil, çünki belə olan halda vurulan insektisid preparatın böyük hissəsi yuyulacaq və ya silinəcək, və bu həşəratların bütünlüklə məhv olmamasına gətirib çıxara bilər.
7. Obyektin havalandırılmasından sonra sabunlu soda məhlulunun tətbiq olunması ilə nəm təmizlik işlərinin aparılması həyata keçirilir. Təmizlik işləri ilk növbədə insanların və ev heyvanlarının daha çox təmasda olduqları səthlərdən: qapnının, soyuducunun, dolab və dolabçanın dəstəklərindən, dolabın, masanın, jurnal masasının, stulun, kətilin, kreslo və divanın qoltuqaltlarının, dəyişdirici elektrik açarlarının, elektrik çıxışlarının (rozetkaların), soyuducunun, unitazın, əl – üz yuyan çanağın və s. əşyaların səthlərindən əlcəkdən istifadə edərək nəm üsulla (sabunlu soda məhlulla) əskinin və tozsoranın köməyi ilə aparılmalıdır. Yumşaq mebeli, xalçaları, divarları tozsoranla təmizləyin. Döşəmələri süpürmək və ya tozsoranla təmizləmək lazımdır. Əgər döşəməni yumaq zərurəti mövcuddursa, o zaman uşaqların və ya ev heyvanlarının daha çox oynadıqları yerləri silmək kifayətdir. Təmizlik işlərinin nəm əski və tozsoran cihazın köməyi ilə əlcəklərdə aparılması zəruridir.
8. Əgər 3-5 gün ərzində insektisid preparatla təmasda olmaq təhlükəsinin olmadığı yerlərdə - plintus boyunca, qızdırıcı batareyanın və mebellərin ətrafında, çarpayı, dolab və divan altında, soyuducunun, asma dolabın arxasında, vannanın və mətbəxdəki qab yuma çanağın altında, qapı və pəncərə oyuqlarında nəm əski ilə təmizlik işləri aparılmasa dərmanlamanın nəticəsi yüksək səviyyədə effektiv olacaqdır. Məsələ burasındadır ki, praktiki olaraq dezinseksiya üçün nəzərdə tutulmuş bütün müasir preparatların uzunmüddətli təsiri vardır, yəni dərmanlama işlərinin aparılmasından sonra obyektin bərk səthləri üzərində aktiv maddənin nazik, görünməyən qoruyucu pərdəsi qalır. Qoruyucu pərdə həşəratların obyektə daxil olmalarına qarşı bir maneə rolunu oynayaraq dərmanlama işlərinin aparılması zamanı birbaşa preparatın təsirinə məruz qalmayan həşəratların məhv edilməsinin bir təminatçısı rolunu oynayır. Nəticədə, sığınacaq yerlərini tərk edən həşəratlar mütləq bu qoruyucu pərdənin üzəri ilə hərəkət edəcəklər. Bu isə onlara məhvedici təsir göstərəcəkdir. Bu pərdə yalnız həşəratlara, yəni soyuqanlı orqanizmlərə mənfi təsir göstərir, insanlar və ev heyvanları üçün isə təhlükəsizdir. Buna görə də, bu preparatın həşəratların rahat yaşayışına mane olduğu yerlərdə onu mümkün qədər uzun müddət yuyub silməmək daha məsləhətlidir.