Hər bir obyekt üçün dezinfeksiya, dezinseksiya və ya deratizasiya xidmətlərinin qiymətləri fərdi qaydada hesablanır. Bütün obyektlər və ərazilər sahənin ölçüsünə və öz xüsusiyyətlərinə malik olub, xidmət metodlarının seçiminə və preparatların sərf olunmasına təsir göstərir, buna görə də, xidmətə görə qiymətlər müxtəlif ola bilər. Qiymət həmçinin əlavə xidmətlərdən də asılıdır (maneəli müdafiənin qurulması, həşaratlardan qoruyucu torlardan, milçək tutan elektrik cihazlardan, bənövşəyi rəngli həşəratlar əleyhinə işıq diodlu lampalardan istifadə olunması, ultrasəsli qovucu cihazlardan və yapışqan lentdən istifadə olunması, mebellərin dezinfeksiyası və s.).
Hər hansı bir xidmətimizi sifariş verməzdən əvvəl, bu məsələ ilə maraqlanan hər kəs sanitar xidməti haqqında və qiymətlərlə bağlı mütəxəssislərimizdən ətraflı məsləhət ala bilər. Xidmətlırin qiymətinin formalaşmasında bir neçə amil rol oynayır. Sifarişə əsasən bizim mütəxəssislərimiz obyektə gəlir, pulsuz baxış keçirirlər: obyektin sanitar – epidemioloji vəziyyətini qiymətləndirir, ziyanvericilərin növlərini, yoluxma dərəcəsini, obyektin mürəkkəblik kateqoriyasını və texniki vəziyyətini təyin edirlər. Baxış zamanı xidmət metodunun, avadanlığın və preparatların seçimi təyin edilir. Xidmətlərin yekun qiyməti problemli obyektə baxışın keçirilməsindən sonra mütəxəssislər tərəfindən təyin edilir.