Korporativ müştərilər üçün Biz səriştəli və operativ xidmət göstəririk.
Xidmətlərimizi sifariş etmək üçün Siz bizimlə bir dəfəlik və ya 1 illik müqavilə imzalaya bilərsiniz.
Tələbdən asılı olaraq dərmanlama işləri ayda 1-2 dəfə və ya kvartalda 1 dəfə aparıla bilər. Korporatiş
müştərimizlə bağlanan müqavilədə dərmanlama işlərinin periodikliyi və sayları qeyd olunur. Uzunmüddətli
müqavilə bağlandıqda sifarişçimiz üçün daha əlverişli qiymətlər təklif olunur. Sanitar-epidemioloji
yoxlamalar zamanı bütün xidmətlərimiz üçün aktlaşdırılma və sənədləşmə işləri lazımı qaydada korporativ
müştərilərimizə təqdim olunur.
Korporativ müştərilərimiz üçün biz virus və bakteriyalara, həşəratlara, gəmiricilərə və sürünənlərə qarşı
dərmanlama xidmətləri göstəririk. Dərmanlama məhv edici, profilaktik və gələcəkdə yoluxma imkanının
qarşısını alan tədbirləri özündə birləşdirir. Dərmanlama işləri yüksək texnoloji müasir avadanlıqların köməyi
ilə aparılır. “Soyuq duman və isti duman” aparatları sayəsində insektisid tərkibli preparatlar ən çətin və
əlçatmaz yerlərə hopur. Dezinfeksiya, dezineksiya, deratizasiya və sürünənlərə qarşı biz yalnız
sertifikatlaşdırılmış Almaniya, İtaliya və Türkiyə preparatlarından istifadə edirik.