Dezinseksiya xidmətləri

Expel Azərbaycan şirkəti dezinseksiya üzrə xidmətlərini təklif edir.

DEZİNSEKSİYA, DERATİZASİYA VƏ DEZİNFEKSİYA ÜZRƏ HƏR NÖV İŞLƏR!

Dezinseksiya

Dezinseksiya – infeksiya daşıyıcıları olan, insanlara və qida məhsullarına ziyan vuran həşəratların məhv edilməsi üzrə kompleks tədbirlərdir.
Arzuolunmaz həşəratlar hər yerdə yayılmışdır. Onlarla öz gücünüzə mübarizə aparmağa çalışa bilərsiniz, lakin bu halda yüz faizlik nəticə əldə olunmayacaqdır. Həşəratlarla effektiv mübarizə aparmaq üçün peşəkarların yardımı lazım olacaqdır, belə ki, həşəratların məhv edilməsi peşəkar mübarizə üsullarının və avadanlıqlarının yardımı ilə aparılmalıdır. Mütəxəssislərimizin yüksək peşəkarlığı və təcrübəsi bizə dezinseksiya üzrə xidmətləri istənilən həcmli, istənilən mürəkkəblikdə olan obyektlərdə göstərməyə imkan verir.

Author Avatar

Həşəratlar ayrı – ayrı növlərinin bioloji xüsusiyyətlərinin, eləcə də, onların mövcud olması şərtlərinin müxtəlifliyi onlar ilə mübarizənin ən müxtəlif üsullarının tətbiq olunmasını tələb edir. İstifadə olunan insektsidlərin təbiətindən asılı olaraq dezinseksiyanın üç metodunu fərqləndirirlər:

Dezinseksiya metodları

Fiziki metodu

mexaniki vasitələrin istifadə olunması və yüksək temperaturların istifadə olunması yolu ilə həyata keçirilir. Otaqların və ayrı – ayrı predmetlərin təmizlənməsi (tozsoran, çırpılma, qaynama, sökülmə) zamanı istifadə olunan adi üsulları, müxtəlif tələlərin, elektrik milçək öldürən cihazların, yapışqanlı kağızların, pəncərələrdə və qapılarda torların tətbiq olunmasını qeyd etmək lazımdır. Mexaniki dezinseksiya vasitələri həm effektivliyinə, həm də tətbiqi obyektinə görə ikincidərəcəli əhəmiyyətə malik olub, yalnız kimyəvi üsullara əlavə kimi nəzərdən keçirilə bilər.

Kimyəvi metodu

Həşəratlarla mübarizə üçün tətbiq olunan bütün kimyəvi maddələrin ümumi adı vardır — insektisidlər. Gənələrin məhv edilməsi üçün istifadə olunan insektisidlər akarisidlər adlanır. Bütün bunlardan savayı həşəratlatın uzaqlaşdırılmasını təmin edən kimyəvi maddələr qrupu – repellentlər mövcuddur. Bütün zəhərli maddələr kimi, insektisidlər də orqanizmə daxil olan zaman orqanizmin fəaliyyətinin pozulmasına səbəb olur. Digər müxtəlif şəraitdə həyat fəaliyyətinin pozulması dərəcəsi orqanizmə daxil olan zəhərin miqdarından asılıdır. O, onların sonradan tam və ya qismən bərpa olunması ilə orqanizmin funksiyalarının müvəqqəti olaraq pozulmasına və ya ölümə səbəb ola bilər. Kimyəvi maddənin qalıq təsirinin davamiyyəti, yəni, dezinseksiya olunmuş səthdə təsiri uzun müddət qoruyub saxlamaq qabiliyyəti heç də az əhəmiyyət kəsb etmir. İnteksidlərin həşəratların orqanizminə nüfuz etməsi yollarından və üsullarından, onların təsir mexanizmlərindən asılı olaraq onlar üç qrupa bölünür: kontaktlı, bağırsaq və tənəffüs (fumiqantlar). Bəzi inteksidlərin eyni zamanda kontaktlı və ya fumiqantlı inteksidlər kimi fəaliyyət göstərə bilərlər.

Bioloji metodu

həşəratların xarici mühitdə bioloji vasitələrin köməyi ilə məhv edilməsidir. Bu metod biokimyəvi vasitələrin (hormonal preparatların, RRN, ferromonlar, immunodepressantlar), bakterial preparatların tətbiq olunmasına, təbii düşmənlərin – yırtıcıların istifadə olunmasına əsaslanmışdır.

Soyuq və qaynar duman texnologiyaları, püskürtmə və gellər dezinseksiya zamanı daha effektiv metodlardır.

Texnologiyalar

Soyuq duman

Soyuq duman generatoru — xüsusi qurğu olub, burada ərazinin dezinseksiya olunması üçün təsirli maddə mövcuddur. Ondan maye otaq temperaturunda çıxır, mikro hissəciklərin həcmi isə 50-80 mikron təşkil edir. Soyuq dumanla dezinseksiya ziyanverici həşəratların məskunlaşdıqları yerlərdə daha tez – tez həyata keçirilir. Bu zaman o, həm böyümüş növlərə, həm də sürfələrə təsir göstərir.

İsti duman

Qaynar duman (və ya quru suvarma) aqreqatın vasitəsilə həyata keçirilir və o, xüsusi kamerada havaya təzyiq göstərir və onun daha yüksək temperatura qədər qızdırır (“yanacağın” müxtəlif növlərinin köməyi ilə). Temperatur çox yüksək olduğu zaman kamerada yüksək təzyiq əmələ gəlir. Buxar, fəal təsirli maddələr ilə birlikdə xaricə çıxır. Aerozolun nano – hissəcikləri dumanı əmələ gətirir, və o, 3-4 saat ərzində havada qorunub saxlanılır. Bu hissəciklər nə qədər az çökürsə, o zaman onların həşəratlara məhvedici təsiri də bir o qədər yüksəkdir. Bu zaman, səthlər və relyef məhz insanlar, ev heyvanları, bitkilər üçün tamamilə təhlükəsiz olan nazik müdafiə plyonkası ilə örtülür, lakin ziyanvericiləri tam zəmanətlə məhv edir.

Çiləyici pompa

Çiləyici pompa – dəqiqi püskürtmə metodu ilə istənilən otaqda çətin əlçatan yerləri dezinseksiya etmək mümkündür. Çiləyici pompanın üstünlüklərindən biri də həm kiçik, həm də böyük əraziləri dərmanlama imkanı və uzun müddət dayanmadan işləməsidir. İnsektisid tərkibli preparat çiləmə yolu ilə plintusların qıraqlarına, mebellərin altına və ayaqlarına, kərpic divarlara, ağac və bitkilərə, hovuzlara və digər yerlərə tətbiq olunur.

Milçəklərin bir çox növləri insanın yaşadığı yerlə sıx əlaqədədir. Milçəklər qida bol olan yerdə yaşayırlar. Sürfələr üçün qidaverici mühit natəmizlik, leş, xarab olmuş ərzaqlar olur. Milçək sürfələri qida məhsullarına ciddi zərər yetirə bilərlər. Yediyimiz ərzaqlar üzərinə qonan milçəklər mexaniki yolla bağırsaq infeksiyalarını, həmçinin qarın yatalağı, difteriya, vərəm, helmintoz, paratiflər, poliomielit və sair kimi təhlükəli xəstəlikləri yayırlar. İnsan və heyvanlara hücum edən qaniçən milçəklər daha təhlükəlidir. Onlar Sibir xorası, brusellyoz, sapa və tülyaremiyanın inkişafına səbəb ola bilərlər. Ona görə də milçəklərin peyda olmasına ciddi yanaşmaq lazımdır və onlarla mübarizə zəruridir.

İnsana ən böyük zərəri pendir milçəyi verir. Bu milçəyin sürfələri pendir, piy, vetçina və duzlu balıqda inkişaf edir. Əgər sürfəni görməyən insan yoluxmuş ərzağı yeyərsə, onun bağırsağına düşən sürfə bir müddət həyat fəaliyyətini orada davam etdirərək bağırsaqda yaraların əmələ gəlməsinə səbəb ola bilər.

Mozalan və folfrat milçəkləri də çox təhlükəlidir, onlar insan dərisi altına sürfə yeridə bilirlər. Əgər sürfə vaxtında çıxarılmasa o, toxumaların dərinliyinə gedərək sümüyə qədər onu yeyə bilər. İnsanda toxumaların iltihabı, qanaxma baş verir, həmçinin qaz qanqrenası da baş verə bilər.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, belə bir nəticəyə gəlmək olar ki, milçəklərlə mübarizə Sizin və yaxınlarınızın təhlükəsizliyinin təmin edilməsinə imkan verəcəkdir. Expel Azərbaycan şirkətinin əməkdaşları ən müasir dezinseksiya vasitələrinin tədbiqi ilə yüksək peşəkarlıq səviyyəsində milçəklərin məhv edilməsini həyata keçirirlər.