Dezinseksiya xidmətləri

Expel Azərbaycan şirkəti dezinseksiya üzrə xidmətlərini təklif edir.

DEZİNSEKSİYA, DERATİZASİYA VƏ DEZİNFEKSİYA ÜZRƏ HƏR NÖV İŞLƏR!

Dezinseksiya

Dezinseksiya – infeksiya daşıyıcıları olan, insanlara və qida məhsullarına ziyan vuran həşəratların məhv edilməsi üzrə kompleks tədbirlərdir.
Arzuolunmaz həşəratlar hər yerdə yayılmışdır. Onlarla öz gücünüzə mübarizə aparmağa çalışa bilərsiniz, lakin bu halda yüz faizlik nəticə əldə olunmayacaqdır. Həşəratlarla effektiv mübarizə aparmaq üçün peşəkarların yardımı lazım olacaqdır, belə ki, həşəratların məhv edilməsi peşəkar mübarizə üsullarının və avadanlıqlarının yardımı ilə aparılmalıdır. Mütəxəssislərimizin yüksək peşəkarlığı və təcrübəsi bizə dezinseksiya üzrə xidmətləri istənilən həcmli, istənilən mürəkkəblikdə olan obyektlərdə göstərməyə imkan verir.

Author Avatar

Həşəratlar ayrı – ayrı növlərinin bioloji xüsusiyyətlərinin, eləcə də, onların mövcud olması şərtlərinin müxtəlifliyi onlar ilə mübarizənin ən müxtəlif üsullarının tətbiq olunmasını tələb edir. İstifadə olunan insektsidlərin təbiətindən asılı olaraq dezinseksiyanın üç metodunu fərqləndirirlər:

Dezinseksiya metodları

Fiziki metodu

mexaniki vasitələrin istifadə olunması və yüksək temperaturların istifadə olunması yolu ilə həyata keçirilir. Otaqların və ayrı – ayrı predmetlərin təmizlənməsi (tozsoran, çırpılma, qaynama, sökülmə) zamanı istifadə olunan adi üsulları, müxtəlif tələlərin, elektrik milçək öldürən cihazların, yapışqanlı kağızların, pəncərələrdə və qapılarda torların tətbiq olunmasını qeyd etmək lazımdır. Mexaniki dezinseksiya vasitələri həm effektivliyinə, həm də tətbiqi obyektinə görə ikincidərəcəli əhəmiyyətə malik olub, yalnız kimyəvi üsullara əlavə kimi nəzərdən keçirilə bilər.

Kimyəvi metodu

Həşəratlarla mübarizə üçün tətbiq olunan bütün kimyəvi maddələrin ümumi adı vardır — insektisidlər. Gənələrin məhv edilməsi üçün istifadə olunan insektisidlər akarisidlər adlanır. Bütün bunlardan savayı həşəratlatın uzaqlaşdırılmasını təmin edən kimyəvi maddələr qrupu – repellentlər mövcuddur. Bütün zəhərli maddələr kimi, insektisidlər də orqanizmə daxil olan zaman orqanizmin fəaliyyətinin pozulmasına səbəb olur. Digər müxtəlif şəraitdə həyat fəaliyyətinin pozulması dərəcəsi orqanizmə daxil olan zəhərin miqdarından asılıdır. O, onların sonradan tam və ya qismən bərpa olunması ilə orqanizmin funksiyalarının müvəqqəti olaraq pozulmasına və ya ölümə səbəb ola bilər. Kimyəvi maddənin qalıq təsirinin davamiyyəti, yəni, dezinseksiya olunmuş səthdə təsiri uzun müddət qoruyub saxlamaq qabiliyyəti heç də az əhəmiyyət kəsb etmir. İnteksidlərin həşəratların orqanizminə nüfuz etməsi yollarından və üsullarından, onların təsir mexanizmlərindən asılı olaraq onlar üç qrupa bölünür: kontaktlı, bağırsaq və tənəffüs (fumiqantlar). Bəzi inteksidlərin eyni zamanda kontaktlı və ya fumiqantlı inteksidlər kimi fəaliyyət göstərə bilərlər.

Bioloji metodu

həşəratların xarici mühitdə bioloji vasitələrin köməyi ilə məhv edilməsidir. Bu metod biokimyəvi vasitələrin (hormonal preparatların, RRN, ferromonlar, immunodepressantlar), bakterial preparatların tətbiq olunmasına, təbii düşmənlərin – yırtıcıların istifadə olunmasına əsaslanmışdır.

Soyuq və qaynar duman texnologiyaları, püskürtmə və gellər dezinseksiya zamanı daha effektiv metodlardır.

Texnologiyalar

Soyuq duman

Soyuq duman generatoru — xüsusi qurğu olub, burada ərazinin dezinseksiya olunması üçün təsirli maddə mövcuddur. Ondan maye otaq temperaturunda çıxır, mikro hissəciklərin həcmi isə 50-80 mikron təşkil edir. Soyuq dumanla dezinseksiya ziyanverici həşəratların məskunlaşdıqları yerlərdə daha tez – tez həyata keçirilir. Bu zaman o, həm böyümüş növlərə, həm də sürfələrə təsir göstərir.

İsti duman

Qaynar duman (və ya quru suvarma) aqreqatın vasitəsilə həyata keçirilir və o, xüsusi kamerada havaya təzyiq göstərir və onun daha yüksək temperatura qədər qızdırır (“yanacağın” müxtəlif növlərinin köməyi ilə). Temperatur çox yüksək olduğu zaman kamerada yüksək təzyiq əmələ gəlir. Buxar, fəal təsirli maddələr ilə birlikdə xaricə çıxır. Aerozolun nano – hissəcikləri dumanı əmələ gətirir, və o, 3-4 saat ərzində havada qorunub saxlanılır. Bu hissəciklər nə qədər az çökürsə, o zaman onların həşəratlara məhvedici təsiri də bir o qədər yüksəkdir. Bu zaman, səthlər və relyef məhz insanlar, ev heyvanları, bitkilər üçün tamamilə təhlükəsiz olan nazik müdafiə plyonkası ilə örtülür, lakin ziyanvericiləri tam zəmanətlə məhv edir.

Çiləyici pompa

Çiləyici pompa – dəqiqi püskürtmə metodu ilə istənilən otaqda çətin əlçatan yerləri dezinseksiya etmək mümkündür. Çiləyici pompanın üstünlüklərindən biri də həm kiçik, həm də böyük əraziləri dərmanlama imkanı və uzun müddət dayanmadan işləməsidir. İnsektisid tərkibli preparat çiləmə yolu ilə plintusların qıraqlarına, mebellərin altına və ayaqlarına, kərpic divarlara, ağac və bitkilərə, hovuzlara və digər yerlərə tətbiq olunur.

Qida axtarmaq məqsədi ilə qarışqalar tullantılar və natəmizliklər üçün olan vedrəyə girir, oradan isə qab-qacaq üzərinə çıxırlar. Milçək və tarakanlar kimi qarışqalar təhlükəli yoluxucu xəstəliklərin mexaniki yayıcılarıdır. Qarışqalar bir anda çoxala bilər və az bir müddət ərzində böyük bir binanı ələ keçirə bilərlər. Ona görə də qarışqalarla mübarizə vaxtında aparılmalıdır.

Qarışqaların məhv edilməsi savadlı və kompleks yanaşma tələb edən mürəkkəb məsələdir. Düzgün olmayan təmizləmə işləri qarışqaların dərhal sayının bərpa olmasına gətirə bilər. Qarışqaların uzun müddətə məhv edilməsi o zaman mümkün olar ki, ana qarışqa məhv edilsin. Əgər yuva bir neçə yerdə yerləşirsə, onda ana qarışqanı tapmaq kifayət qədər çətindir. Bundan əlavə onlarda otağın dezinseksiya olunduğu zəhərli maddələrə qarşı öyrəşmə yarana bilər. Buna görə də zərərvericilərin yaranması zamanı peşəkarlara müraciət etmək lazımdır.   

Qarışqalarla mübarizə qarışqa yuvalarının gizlin yerləşməsinə görə çətinləşə bilər. Lakin keyfiyyətli dərmanlarla otaqların işlənməsi  yaxşı nəticə verə bilər. Qarışqalar uzun müddətə tam yox olacaqlar. Ev qarışqalarının aradan qaldırılmasında əsas çətinlik onların yaxın zaman ərzində yenidən qayıtması ola bilər, buna səbəb isə qarışqaların əsas  yayılma mənbəyi – qarışqa yuvasının məhv edilməməsidir. Qarışqa yuvalarını qarışqalar əsasən evdən kənarda qururlar.

Expel Azərbaycan şirkəti peşəkar mütəxəssislər və ən yaxşı preparatların tətbiqi hesabına qapalı və açıq məkanlarda qarışqaların məhv edilməsinin təsirli və effektiv metodikasını tətbiq edir.