Deratizasiya xidmətləri

Expel Azərbaycan şirkəti deratizasiya üzrə xidmətlərini təklif edir.

DEZİNSEKSİYA, DERATİZASİYA VƏ DEZİNFEKSİYA ÜZRƏ HƏR NÖV İŞLƏR!

Deratizasiya

Deratizasiya - insana xas olan yoluxucu xəstəliklərin törədiciləri və daşıyıcıları olan, insanlara, müəssisələrə, biznesə, şəxsi mülkiyyətə iqtisadi zərər verən ziyanlı gəmiricilərin məhv edilməsi üzrə kompleks tədbirlərdir.

Author Avatar

Siçanlar ev heyvanları və insanları bir çox təhlükəli xəstəliklərə yoluxduran mikrobların və çoxlu sayda parazitlərin təbii daşıyıcılarıdır. Bu kiçik gəmiricilər taun, tulyaremiya, vərəm və quduzluq kimi xəstəliklərin yayılmasına səbəb olurlar. Onlar həmçinin təhlükəli olan HİV xəstəliyini daşıya bilərlər. Əsas zərəri siçan öz nəcisi ilə ərzaq məhsullarını çirkləndirməklə yetirir. Bütün bunlardan əlavə siçanlar öz ərazilərini işarələyirlər, ona görə də siçanların olduğu otaqlarda səciyyəvi xoşagəlməz iy olur. Siçanın qida rasionuna insanın qidalandığı bütün ərzaq məhsulları daxildir, məhz bu onların təhlükəsini artırır.

Onlar meşə və taxıl təsərrüfatına zərər yetirirlər, qida məhsullarını korlayırlar, kitabları, mebelləri, geyimləri gəmirərək ciddi maddi zərər vururlar. Siçanlar yanğınlara səbəb ola bilərlər, belə ki, onlar izolyasiyasını zədələyərək naqilləri gəmirirlər.

Adi siçanın gətirdiyi zərər barədə hamının məlumatı vardır. Lakin çoxları anlaya bilmir ki, siçanla mübarizəni yalnız peşəkarlara tapşırdıqda effektiv nəticə verə bilər. Siçanlarla mübarizə üçün bugünkü sənaye ən müasir mübarizə vasitələri hazırlasa da onlardan tamamilə can qurtarmaq olmur. Səbəb mübarizə vasitələrinin qeyri-effektiv olması deyildir, səbəb siçanların ağıllı və hiyləgər olmasıdır. Onlar hər tələ yemini yemirlər, həm də onlarda bir sıra zəhərlərə qarşı immunitet yaranır. Ona görə də fərdi qaydada siçanlardan can qurtarmaq qeyri-mümkündür.

Expel Azərbaycan şirkəti siçanların məhv edilməsi xidmətlərini təklif edir. Biz, ən müasir vasitələrin istifadəsi və peşəkarların keyfiyyətli işi hesabına nəticəyə zəmanət veririk.