Deratizasiya xidmətləri

Expel Azərbaycan şirkəti deratizasiya üzrə xidmətlərini təklif edir.

DEZİNSEKSİYA, DERATİZASİYA VƏ DEZİNFEKSİYA ÜZRƏ HƏR NÖV İŞLƏR!

Deratizasiya

Deratizasiya - insana xas olan yoluxucu xəstəliklərin törədiciləri və daşıyıcıları olan, insanlara, müəssisələrə, biznesə, şəxsi mülkiyyətə iqtisadi zərər verən ziyanlı gəmiricilərin məhv edilməsi üzrə kompleks tədbirlərdir.

Author Avatar

Bu gəmiricilər hər şeyi yeyirlər, üstəlik bunula bərabər onlar müntəzəm olaraq parça, mebel, rezin məmulatları və kitablar gəmirirlər. Siçovullar çox ağıllı, hiyləgər və tez uyğunlaşan heyvanlardır, lakin hər şeyi yeməklərinə baxmayaraq heç də bütün zəhərli tələ yemini yemirlər. Ona görə də bu gəmiricilərlə mübarizə çox mürəkkəbdir.

Qurtulmaq çətin olan siçovullar iqtisadi zərər də yetirə bilərlər: onlar kommunikasiyaları və elektrik şəbəkələrini zədələyir, qida məhsullarını məhv edir, mebel və ev əşyalarını korlayırlar. Onlar taun, səpmə yatalaq, salmonellyoz, hepatit, marsel qızdırması kimi təhlükəli yoluxucu xəstəliklərin daşıyıcıları olaraq xüsusi təhlükə yaradırlar. Bundan əlavə onlar birə, vəba və qızıl qızdırma da yaya bilərlər.

Ona görə də bu gəmiricilərlə mübarizə sağlamlığınızın qorunması üçün ən zəruri tədbirdir. Siçovulların məhv edilməsi yalnız ixtisaslaşdırılmış şirkət tərəfindən həyata keçirilə bilən mürəkkəb tədbirdir. Expel Azərbaycan şirkəti siçan və siçovulların peşəkarcasına məhv edilməsini həyata keçirir.