Dezinseksiya xidmətləri

Expel Azərbaycan şirkəti dezinseksiya üzrə xidmətlərini təklif edir.

DEZİNSEKSİYA, DERATİZASİYA VƏ DEZİNFEKSİYA ÜZRƏ HƏR NÖV İŞLƏR!

Dezinseksiya

Dezinseksiya – infeksiya daşıyıcıları olan, insanlara və qida məhsullarına ziyan vuran həşəratların məhv edilməsi üzrə kompleks tədbirlərdir.
Arzuolunmaz həşəratlar hər yerdə yayılmışdır. Onlarla öz gücünüzə mübarizə aparmağa çalışa bilərsiniz, lakin bu halda yüz faizlik nəticə əldə olunmayacaqdır. Həşəratlarla effektiv mübarizə aparmaq üçün peşəkarların yardımı lazım olacaqdır, belə ki, həşəratların məhv edilməsi peşəkar mübarizə üsullarının və avadanlıqlarının yardımı ilə aparılmalıdır. Mütəxəssislərimizin yüksək peşəkarlığı və təcrübəsi bizə dezinseksiya üzrə xidmətləri istənilən həcmli, istənilən mürəkkəblikdə olan obyektlərdə göstərməyə imkan verir.

Author Avatar

Həşəratlar ayrı – ayrı növlərinin bioloji xüsusiyyətlərinin, eləcə də, onların mövcud olması şərtlərinin müxtəlifliyi onlar ilə mübarizənin ən müxtəlif üsullarının tətbiq olunmasını tələb edir. İstifadə olunan insektsidlərin təbiətindən asılı olaraq dezinseksiyanın üç metodunu fərqləndirirlər:

Dezinseksiya metodları

Fiziki metodu

mexaniki vasitələrin istifadə olunması və yüksək temperaturların istifadə olunması yolu ilə həyata keçirilir. Otaqların və ayrı – ayrı predmetlərin təmizlənməsi (tozsoran, çırpılma, qaynama, sökülmə) zamanı istifadə olunan adi üsulları, müxtəlif tələlərin, elektrik milçək öldürən cihazların, yapışqanlı kağızların, pəncərələrdə və qapılarda torların tətbiq olunmasını qeyd etmək lazımdır. Mexaniki dezinseksiya vasitələri həm effektivliyinə, həm də tətbiqi obyektinə görə ikincidərəcəli əhəmiyyətə malik olub, yalnız kimyəvi üsullara əlavə kimi nəzərdən keçirilə bilər.

Kimyəvi metodu

Həşəratlarla mübarizə üçün tətbiq olunan bütün kimyəvi maddələrin ümumi adı vardır — insektisidlər. Gənələrin məhv edilməsi üçün istifadə olunan insektisidlər akarisidlər adlanır. Bütün bunlardan savayı həşəratlatın uzaqlaşdırılmasını təmin edən kimyəvi maddələr qrupu – repellentlər mövcuddur. Bütün zəhərli maddələr kimi, insektisidlər də orqanizmə daxil olan zaman orqanizmin fəaliyyətinin pozulmasına səbəb olur. Digər müxtəlif şəraitdə həyat fəaliyyətinin pozulması dərəcəsi orqanizmə daxil olan zəhərin miqdarından asılıdır. O, onların sonradan tam və ya qismən bərpa olunması ilə orqanizmin funksiyalarının müvəqqəti olaraq pozulmasına və ya ölümə səbəb ola bilər. Kimyəvi maddənin qalıq təsirinin davamiyyəti, yəni, dezinseksiya olunmuş səthdə təsiri uzun müddət qoruyub saxlamaq qabiliyyəti heç də az əhəmiyyət kəsb etmir. İnteksidlərin həşəratların orqanizminə nüfuz etməsi yollarından və üsullarından, onların təsir mexanizmlərindən asılı olaraq onlar üç qrupa bölünür: kontaktlı, bağırsaq və tənəffüs (fumiqantlar). Bəzi inteksidlərin eyni zamanda kontaktlı və ya fumiqantlı inteksidlər kimi fəaliyyət göstərə bilərlər.

Bioloji metodu

həşəratların xarici mühitdə bioloji vasitələrin köməyi ilə məhv edilməsidir. Bu metod biokimyəvi vasitələrin (hormonal preparatların, RRN, ferromonlar, immunodepressantlar), bakterial preparatların tətbiq olunmasına, təbii düşmənlərin – yırtıcıların istifadə olunmasına əsaslanmışdır.

Soyuq və qaynar duman texnologiyaları, püskürtmə və gellər dezinseksiya zamanı daha effektiv metodlardır.

Texnologiyalar

Soyuq duman

Soyuq duman generatoru — xüsusi qurğu olub, burada ərazinin dezinseksiya olunması üçün təsirli maddə mövcuddur. Ondan maye otaq temperaturunda çıxır, mikro hissəciklərin həcmi isə 50-80 mikron təşkil edir. Soyuq dumanla dezinseksiya ziyanverici həşəratların məskunlaşdıqları yerlərdə daha tez – tez həyata keçirilir. Bu zaman o, həm böyümüş növlərə, həm də sürfələrə təsir göstərir.

İsti duman

Qaynar duman (və ya quru suvarma) aqreqatın vasitəsilə həyata keçirilir və o, xüsusi kamerada havaya təzyiq göstərir və onun daha yüksək temperatura qədər qızdırır (“yanacağın” müxtəlif növlərinin köməyi ilə). Temperatur çox yüksək olduğu zaman kamerada yüksək təzyiq əmələ gəlir. Buxar, fəal təsirli maddələr ilə birlikdə xaricə çıxır. Aerozolun nano – hissəcikləri dumanı əmələ gətirir, və o, 3-4 saat ərzində havada qorunub saxlanılır. Bu hissəciklər nə qədər az çökürsə, o zaman onların həşəratlara məhvedici təsiri də bir o qədər yüksəkdir. Bu zaman, səthlər və relyef məhz insanlar, ev heyvanları, bitkilər üçün tamamilə təhlükəsiz olan nazik müdafiə plyonkası ilə örtülür, lakin ziyanvericiləri tam zəmanətlə məhv edir.

Çiləyici pompa

Çiləyici pompa – dəqiqi püskürtmə metodu ilə istənilən otaqda çətin əlçatan yerləri dezinseksiya etmək mümkündür. Çiləyici pompanın üstünlüklərindən biri də həm kiçik, həm də böyük əraziləri dərmanlama imkanı və uzun müddət dayanmadan işləməsidir. İnsektisid tərkibli preparat çiləmə yolu ilə plintusların qıraqlarına, mebellərin altına və ayaqlarına, kərpic divarlara, ağac və bitkilərə, hovuzlara və digər yerlərə tətbiq olunur.

 


BIRƏLƏRIN MƏHV EDILMƏSI

Birələr heyvanların, quşların üzərində yaşayan xırda qansoran həşəratlardır və insanın üzərinə keçmək xüsusiyyətlərinə malikdirlər. Onların qanadları yoxdur, lakin 30 sm uzunluqda tullana bilir və otaqda rahatlıqla hərəkət edə bilirlər. Onlar insan orqanizminə zərər verən 25-ə yaxın müxtəlif xəstəliklərin daşıyıcılarıdırlar. Onlar xalçanın xovlarının arasında, yastıqlarda, yumşaq oyuncaqlarda gizlənirlər və xırda ölçülərinə görə onları məhv etmək çətindir.

Read more ...

TAXTABITILƏRIN MƏHVI

Taxtabitilər – kifayət qədər çoxsaylı həşəratlardır. Yataq taxtabitisi ən geniş yayılmışlardandır və onlar bir sıra təhlükəli xəstəliklərin törədicisi ola bilərlər. Lakin ən böyük rahatsızlığı öz dişləmələri ilə yetirirlər, belə ki, onlar insanları yuxudan və normal istirahətdən qoyur, bu isə əhəmiyyətli dərəcədə onların iş qabiliyyətində öz əksini tapır.

Read more ...

AĞCAQANADLARIN MƏHV EDILMƏSI

Ağcaqanadlar – çoxlu sayda olan qan soran həşəratlardır. Onların 100-dən çox müxtəlif növləri var. Ağcaqanadlar bir sıra təhlükəli xəstəliklərin daşıyıcısı ola bilərlər. Yoluxma dişləmə zamanı insan orqanizminə daxil olan yoluxmuş tüpürcək vasitəsilə baş verir. Onlar sarılıq, malyariya, yatalaq və ensefalit kimi xəstəliklər yaya bilərlər. Hər il malyariya ağcaqanadı 600 milyon insanı yoluxdurur və onlardan 1 milyonu həmin xəstəlikdən ölür.

Read more ...

QARIŞQALARIN MƏHV EDILMƏSI

Qarışqalar – həşəratların ən geniş yayılmış növlərindəndir. Onlar çoxsaylı dəstələrlə yaşayan, bütün ailə üçün qida gətirən cinssiz fərdlərdən, yumurta qoyan ana qarışqadan və mayalandırmadan sonra ölən erkəkdən ibarət həşəratlardır. Qarışqalar insanların yediyi ərzaqlarla qidalanırlar, lakin balıq və ət məhsullarına və şirniyyata üstünlük verirlər.

Read more ...

TARAKANLARIN MƏHV EDILMƏSI

Tarakanlar – ən geniş yayılmış zərərverici həşəratlardandır. Tarakanlar saylarının çoxluğu ilə seçilirlər, sürətlə çoxalmaq bacarıqlarına malikdirlər və bir tarakanın gəlməsi ilə sizin otaq bu parazitlərlə qaynayacaq. Onlar böyük qruplarla həm yaşayış, həm də ictimai və istehsalat yerlərində, restoranlar, kafelər, uşaq bağçaları, otellər, ticarət mərkəzləri və anbarlarda məskunlaşırlar.

Read more ...

MILÇƏKLƏRIN MƏHV EDILMƏSI

Milçəklər – iyrənc həşəratlar olmaqla yanaşı yoluxucu xəstəliklərin mexaniki yayıcılarıdır. Milçəklərin 2-3 mm-lik kiçik meyvə milçəyindən tutmuş iri qansoran mozalan, göyün və s. qədər növləri mövcuddur. Milçəklər çox tez çoxalırlar. 3-4 aylıq həyatı boyu bir milçək 600-ə qədər yumurta qoya bilir, beləliklə bir mövsüm ərzində yüz minlərlə fərd yaranır. Bu həşəratlarla mübarizə aparılmasa onlar çoxlu sayda yayıla bilər.

Read more ...