Təşkilatlar üçün

office

İnsanların kütləvi toplaşdığı heç bir yerdə - uşaq, tədris, tibbi təşkilatlarinda və idman obyektlərində, ictimai iaşə müəssisələrində, topdan və pərakəndə satış bazarlarında, vağzallarda, hava limanlarında, istehsalat və ya ofislərdə və digər bu kimi yerlərdə gəmirici və həşəratların peyda olmasına yol vermək olmaz. Bu, tək sanitar normalarınin ciddi pozuntusu deyil, bu həm də təşkilatınızın və ya şirkətinizin nüfuzuna xələl gətirə bilən bir durumdur. Əgər ziyanvericilərlə yoluxma baş veribsə, onda təxirə salınmadan tədbirlər görülməlidir. Bütün binanın deratizasiyasını və ya dezinseksiyasını aparmaq lazımdır. Problemin həllini uzatmaq və ziyanvericilərlə mübarizəni öz gücünə aparmaq lazım deyil. Bu kimi tədbirlər peşəkar yanaşma tələb edir. Yalnız mütəxəssislər bütün tədbirləri düzgün həyata keçirəcəkdir.

Expel Azərbaycan şirkəti tərəfindən təklif olunan xidmətlər nə ilə fərqlənir? Bizimlə əməkdaşlıq Sizə əlavə başağrısı gətirməyəcəkdir: biz şirkətinizin müəyyən olunmuş rejimini pozmayacağıq, belə ki, öz fəaliyyətimizi gecə saatlarında və iş olmayan günlərdə həyata keçirə bilərik. Mütəxəssislərimiz obyektə gələcək, baxış keçirəcək, tədbirlər planı tərtib edəcək və operativ şəkildə vəzifələrini icra edəcəklər. Biz işimizi keyfiyyətlə və tez bir zamanda yerinə yetiririk. Expel Azərbaycan şirkəti tərəfindən istifadə olunan preparatlar sağlamlıq üçün təhlükəsizdir və müəyyən olunmuş standartlara cavab verir. Ətraflı məsləhət almaq və xidmət sifariş etmək üçün saytda qeyd olunan telefonlarla əlaqə mərkəzinə istənilən zaman zəng edə bilərsiniz.