Tarakanların məhv edilməsi

tarakan

Tarakanlar ən geniş yayılmış zərərverici həşəratlardandır. Tarakanlar  saylarının çoxluğu ilə  seçilirlər, sürətlə çoxalmaq bacarıqlarına malikdirlər və bir tarakanın gəlməsi ilə sizin otaq bu parazitlərlə qaynayacaq. Onlar böyük qruplarla həm yaşayış, həm də ictimai və istehsalat  yerlərində, restoranlar, kafelər, uşaq bağçaları, otellər, ticarət mərkəzləri və anbarlarda məskunlaşırlar. Əsas şərt – istilik, rütubət, yemək və suyun olmasıdır. Onlar öz aktivliyini həm yayda, həm də qışda göstərirlər, belə ki, mənfi temperaturda sağ qala bilmək bacarığına malikdirlər.  Qida axtarmaq  məqsədi ilə əsasən gecələr çıxırlar, gündüzlər isə gizlənməyə çalışırlar. Belə qonşuluq insan üçün çox xoşagəlməz hal ola bilər.

Tarakanları qırmaq çox vacibdir, çünki onlar çirklənmiş yerlərdə gəzərək pəncələri ilə infeksiyaları ərzaq məhsullarının üzərinə daşıyırlar, ifrazatları ilə qida məhsullarını korlayır və çirkləndirirlər. Onlar müxtəlif xəstəlik törədici bakteriyaların daşıyıcılarıdırlar. Üzvi tullantılar və nəcislə qidalanaraq onlar vərəm, hepatit, bronxial astma, dizenteriya,  vəba və yatalaq kimi yoluxucu xəstəliklər yayırlar. Bundan başqa tarakanlar müxtəlif növ bağırsaq qurdlarını da yayırlar. Tarakanın qidaya ani toxunması kifayət edər ki, insan uzun müddətə xəstəxanaya düşsün.

Ən xoşagəlməz hal isə, tarakanların gecələr yatan insana hücum edərək dişləməsi bacarığıdır. Tarakanlar çox ağrılı dişləyirlər və xüsusilə də uşaqlar və yataq xəstələri üçün ciddi təhlükə yarada bilərlər. Onların dişlədikləri yerlərdə irinlənən yaralar əmələ gəlir.

Tarakanlardan qurtulmaq müxtəlif xəstəliklərin profilaktikasına yönəlmiş vacib tədbirdir. Expel Azərbaycan şirkəti istənilən tip otaqlarda: yaşayış, ictimai, istehsalat və s. binalarında tarakanlar və digər həşəratlarla mübarizəyə yönəlmiş dezinseksiya tədbirləri keçirir.