Milçəklərin məhv edilməsi

muxi

Milçəklər iyrənc həşəratlar olmaqla yanaşı yoluxucu xəstəliklərin mexaniki yayıcılarıdır. Milçəklərin 2-3 mm-lik kiçik meyvə milçəyindən tutmuş iri qansoran mozalan, göyün və s. qədər növləri mövcuddur. Milçəklər çox tez çoxalırlar. 3-4 aylıq həyatı boyu bir milçək 600-ə qədər yumurta qoya bilir, beləliklə bir mövsüm ərzində yüz minlərlə fərd yaranır. Bu həşəratlarla mübarizə aparılmasa onlar çoxlu sayda yayıla bilər.

Milçəklərin bir çox növləri insanın yaşadığı yerlə sıx əlaqədədir. Milçəklər qida bol olan yerdə yaşayırlar. Sürfələr üçün qidaverici mühit natəmizlik, leş, xarab olmuş ərzaqlar olur. Milçək sürfələri qida məhsullarına ciddi zərər yetirə bilərlər. Yediyimiz ərzaqlar üzərinə qonan milçəklər mexaniki yolla bağırsaq infeksiyalarını, həmçinin  qarın yatalağı, difteriya, vərəm, helmintoz, paratiflər, poliomielit və sair kimi təhlükəli xəstəlikləri yayırlar. İnsan və heyvanlara hücum edən qaniçən milçəklər daha təhlükəlidir. Onlar Sibir xorası, brusellyoz, sapa və tülyaremiyanın inkişafına səbəb ola bilərlər. Ona görə də milçəklərin peyda olmasına ciddi yanaşmaq lazımdır və onlarla mübarizə zəruridir. 

İnsana ən böyük zərəri pendir milçəyi verir. Bu milçəyin sürfələri pendir, piy, vetçina və duzlu balıqda inkişaf edir. Əgər sürfəni görməyən insan yoluxmuş ərzağı yeyərsə, onun bağırsağına düşən sürfə bir müddət həyat fəaliyyətini orada davam etdirərək bağırsaqda yaraların əmələ gəlməsinə səbəb ola bilər.

Mozalan və folfrat milçəkləri də çox təhlükəlidir, onlar insan dərisi altına sürfə yeridə bilirlər. Əgər sürfə vaxtında çıxarılmasa o, toxumaların dərinliyinə gedərək sümüyə qədər onu yeyə bilər. İnsanda toxumaların iltihabı, qanaxma baş verir, həmçinin qaz qanqrenası da baş verə bilər.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, belə bir nəticəyə gəlmək olar ki, milçəklərlə mübarizə Sizin və yaxınlarınızın təhlükəsizliyinin təmin edilməsinə imkan verəcəkdir. Expel Azərbaycan şirkətinin əməkdaşları ən müasir dezinseksiya vasitələrinin tədbiqi ilə yüksək peşəkarlıq səviyyəsində milçəklərin məhv edilməsini həyata keçirirlər.