Qarışqaların məhv edilməsi 

muravyi

Qarışqalar – həşəratların ən geniş yayılmış növlərindəndir. Onlar çoxsaylı dəstələrlə yaşayan, bütün ailə üçün qida gətirən cinssiz fərdlərdən, yumurta qoyan ana qarışqadan və mayalandırmadan sonra ölən erkəkdən ibarət həşəratlardır. Qarışqalar insanların yediyi ərzaqlarla qidalanırlar, lakin balıq və ət məhsullarına və şirniyyata üstünlük verirlər.

Qida axtarmaq məqsədi ilə qarışqalar tullantılar və natəmizliklər üçün olan vedrəyə girir, oradan isə qab-qacaq üzərinə çıxırlar. Milçək və tarakanlar kimi qarışqalar təhlükəli yoluxucu xəstəliklərin mexaniki yayıcılarıdır. Qarışqalar bir anda çoxala bilər və az bir müddət ərzində böyük bir binanı ələ keçirə bilərlər. Ona görə də qarışqalarla mübarizə vaxtında aparılmalıdır.

Qarışqaların məhv edilməsi savadlı və kompleks yanaşma tələb edən mürəkkəb məsələdir. Düzgün olmayan təmizləmə işləri qarışqaların dərhal sayının bərpa olmasına gətirə bilər. Qarışqaların uzun müddətə məhv edilməsi o zaman mümkün olar ki, ana qarışqa məhv edilsin. Əgər yuva bir neçə yerdə yerləşirsə, onda ana qarışqanı tapmaq kifayət qədər çətindir. Bundan əlavə onlarda otağın dezinseksiya olunduğu zəhərli maddələrə qarşı öyrəşmə yarana bilər. Buna görə də zərərvericilərin yaranması zamanı peşəkarlara müraciət etmək lazımdır.   

Qarışqalarla mübarizə qarışqa yuvalarının gizlin yerləşməsinə görə çətinləşə bilər. Lakin keyfiyyətli dərmanlarla otaqların işlənməsi  yaxşı nəticə verə bilər. Qarışqalar uzun müddətə tam yox olacaqlar. Ev qarışqalarının aradan qaldırılmasında əsas çətinlik onların yaxın zaman ərzində yenidən qayıtması ola bilər, buna səbəb isə qarışqaların əsas  yayılma mənbəyi – qarışqa yuvasının məhv edilməməsidir. Qarışqa yuvalarını qarışqalar əsasən evdən kənarda qururlar.

Expel Azərbaycan şirkəti peşəkar mütəxəssislər və ən yaxşı preparatların tətbiqi hesabına qapalı və açıq məkanlarda qarışqaların məhv edilməsinin təsirli və effektiv metodikasını tətbiq edir.