Göbələklərin məhv edilməsi

Havalandırma3

Çoxları tez-tez divarlarda, taxta döşəmələrdə və tavanlarda ağ rəngli zərif tükcüklərə rast gəlirlər. Sonradan həmin yerlərdə bənövşəyi, qara və sarı bulaşıq yaranır, bir müddətdən sonra onlar gümüşü çalarlı boz təbəqə əmələ gətirirlər. Bütün bunlar göbələk adlanır.

Göbələklə zədələnmələr mikroorqanizmlərin aktiv yayılması nəticəsində yaranır. Onlar nəm və az işıqlanan fasad sahələrində çoxalırlar. Göbələklərin inkişafının səbəbi fasadın, özülün və binanın damının hidroizolyasiyasının pozulması və ya zəif olmasıdır. Belə şəraitdə divarlar dərhal nəmlənir, onunla da bərabər divar içində mikroorqanizmlər inkişaf edir.

İlk olaraq göbələklərlə zədələnmələrə  heç kim fikir vermir, ona görə də zədələnən yeri rəngləyir və ya qopmuş divar kağızını yenidən yapışdırırlar. Bütün bunlarla da əsas iş bitmiş hesab olunur. Göbələklərin belə məhvi açıq-açığına uğursuzdur, ona görə ki, vaxt keçdikcə göbələk həmin yerdə bir də əmələ gəlir.

Lakin fikirləşmək lazım deyil ki, göbələk yalnız otağın xarici görünüşünü korlayır. Göbələklər milyonlarla spor ifraz edir, onlar da havada uçaraq ağ ciyərlərinizə daxil olurlar. Bununla əlaqədar olaraq bir sıra tənəffüs yolları və qan-damar sistemində xəstəliklər yarana bilər, həmçinin bir sıra dəri xəstəliklərinin, məsələn dermotitlərin inkişafı mümkündür. Hətta dayaq-hərəkət sistemində də pozuntular baş verə bilər. Yaranan göbələklə zədələnmələr bütün insanların immun sisteminə neqativ təsir göstərir, ən böyük əziyyəti isə allergiyası olanlar çəkir.

Expel Azərbaycan şirkəti yüksək nəticələr zəmanəti verərək göbələklərin məhv edilməsini həyata keçirir.