Siçanların məhv edilməsi

mishi1

Siçanlar –demək olar ki, hər yerdə yayılmışlar. Bu gəmiricilər fəsildən asılı olmayaraq il ərzində çoxalırlar. Bir dişi fərd il ərzində 50-yə yaxın siçan dünyaya gətirir. Və artıq iki-üç aydan sonra yeni nəsil törəyib artırmağa hazır olurlar. Siçanlar ətraf şəraitə yaxşı uyğunlaşırlar və mənfi temperaturda sağ qala bilirlər.

Siçanlar ev heyvanları və insanları bir çox təhlükəli xəstəliklərə yoluxduran mikrobların və çoxlu sayda parazitlərin təbii daşıyıcılarıdır. Bu kiçik gəmiricilər taun, tulyaremiya, vərəm və quduzluq kimi xəstəliklərin yayılmasına səbəb olurlar. Onlar həmçinin təhlükəli olan HİV xəstəliyini daşıya bilərlər. Əsas zərəri siçan öz nəcisi ilə ərzaq məhsullarını çirkləndirməklə yetirir. Bütün bunlardan əlavə siçanlar öz ərazilərini işarələyirlər, ona görə də siçanların olduğu otaqlarda səciyyəvi xoşagəlməz iy olur. Siçanın qida rasionuna insanın qidalandığı bütün ərzaq məhsulları daxildir, məhz bu onların təhlükəsini artırır. 

Onlar meşə və taxıl təsərrüfatına zərər yetirirlər, qida məhsullarını korlayırlar, kitabları, mebelləri, geyimləri gəmirərək ciddi maddi zərər vururlar. Siçanlar yanğınlara səbəb ola bilərlər, belə ki, onlar  izolyasiyasını zədələyərək naqilləri gəmirirlər.

Adi siçanın gətirdiyi zərər barədə hamının məlumatı vardır. Lakin çoxları anlaya bilmir ki, siçanla mübarizəni yalnız peşəkarlara tapşırdıqda effektiv nəticə verə bilər. Siçanlarla mübarizə üçün bugünkü sənaye ən müasir mübarizə vasitələri hazırlasa da onlardan tamamilə can qurtarmaq olmur. Səbəb mübarizə vasitələrinin qeyri-effektiv olması deyildir, səbəb siçanların ağıllı və hiyləgər olmasıdır. Onlar hər tələ yemini yemirlər, həm də onlarda bir sıra zəhərlərə qarşı immunitet yaranır. Ona görə də fərdi qaydada siçanlardan can qurtarmaq qeyri-mümkündür.

Expel Azərbaycan şirkəti siçanların məhv edilməsi xidmətlərini təklif edir. Biz, ən müasir vasitələrin istifadəsi və peşəkarların keyfiyyətli işi hesabına nəticəyə zəmanət veririk.